09 May 2023 01:45
1537
ELANLAR
A- A+
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ümumtəhsil müəssisələrinə "Digər malların alınması" xərc maddəsi üzrə malların satın alınması  məqsədilə tender elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ümumtəhsil müəssisələrinə "Digər malların alınması" xərc maddəsi üzrə malların satın alınması  məqsədilə tender elan edir

 

Tenderdə iştirak etmək istəyənlər 1100 (bir min bir yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-İlham Şixbabayev, tel: (+99412) 465 73 48) ala bilərlər:

Təşkilat: Elm və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı

Kod: 805603

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. IBAZAZ 2X

H/h: AZ88IBAZ38030019441856517211

VÖEN: 1500016711

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- qeydiyyatdan keçdiyi ölkə (Təqdim olunması məcburidir. Dövlət reyestrindən çıxarış və VÖEN notarial qaydada təsdiq edilib, PDF formatında əlavə edilməlidit);

- nizamnamə (Təqdim olunması məcburidir. Notarial qaydada təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir);

- rekvizitlər (Təqdim olunması məcburidir. Müvafiq sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Təqdim olunması məcburidir. Son aldığı təsdiq olunmuş arayışı təqdim etməlidir. Bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti təqdim edilməlidir. Notarial qaydada təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təqdim olunması məcburidir. Bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı təqdim edilməlidir. 01.05.2023-cü il tarixindən sonra alınmış arayış PDF formatında əlavə edilməlidir);

- iddiaçının 2022-ci ildəki ma

liyyə vəziyyəti haqqında bank arayışı (Təqdim olunması məcburidir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (Təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir.  01.05.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir.  01.05.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə təqdim edilməlidir. Sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş sənəd təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən alınmış arayış qəbul ediləcəkdir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir, təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçı tərəfindən doldurulmuş tenderin Əsas şərtlər toplusunun "Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat" cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (Əlavə 1) (Təqdim olunması məcburidir. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə məlumatlar və müvafiq sertifikatlar əlavə edilməlidir. Tələb olunan təsdiqedici sənədlər əlavə olunmaqla təqdim edilməlidir);

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır; ödəniş şərtləri, malların tam göndərilməsi (təhvil verilməsi) müddəti və mallar üçün təminat şərtləri barədə məlumatlar tender təkifinin tərkib hissəsi sayılaraq təqdim olunmalıdır);

- iddiaçının tender təklifinin bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədəolma müddətindən 30 bank günü çox olmalıdır və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir).

İcraçı malların korlanmadan və zədələnmədən, sifarişçinin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə qablaşdırma, markalanma və daşınmasını təmin etməlidir. Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən geci 30 təqvim günü, ən geci 90 təqvim gününədək icraçı tərəfindən sifarişçiyə təhvil verilməsi başa çatdırılmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 13.06.2023-cü il saat 16:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 22.06.2023-cü il saat 16:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 23.06.2023-cü il saat 16:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!