16 Noyabr 2018 01:30
3321
Konstitusiya məhkəməsi

Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında

AzərbaycanRespublikasının Konstitusiya Qanunu

AzərbaycanRespublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsininIII hissəsini rəhbər tutaraq qərara alır:

Musiqisi ÜzeyirHacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan marşı” Azərbaycan RespublikasınınDövlət Himni kimi təsdiq edilsin (əlavə olunur).


İlham ƏLİYEV,
AzərbaycanRespublikasının Prezidenti
Bakı şəhəri,2 noyabr 2018-ci il


AzərbaycanRespublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə təsdiq edilmişdir


AzərbaycanRespublikası Dövlət Himninin mətni

AZƏRBAYCANMARŞI

Azərbaycan!Azərbaycan!
Ey qəhrəmanövladın şanlı Vətəni!
Səndən ötrücan verməyə cümlə hazırız!
Səndən ötrüqan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınlaməsud yaşa!

Minlərlə canqurban oldu,
Sinən hərbəmeydan oldu!
Hüququndankeçən əsgər,
Hərə bir qəhrəmanoldu!

Sən olasangülüstan,
Sənə hər ancan qurban!
Sənə min birməhəbbət
Sinəmdə tutmuşməkan!

Namusunu hifzetməyə,
Bayrağınıyüksəltməyə
Cümlə gənclərmüştaqdır!
Şanlı Vətən!Şanlı Vətən!

Azərbaycan!Azərbaycan!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video