06 İyul 2023 09:10
319
SİYASƏT
A- A+
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə mükəmməl nümunə formalaşdırıb

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə mükəmməl nümunə formalaşdırıb

 

Qoşulmama Hərəkatı Azərbaycanın  fəal iştirak etdiyi beynəlxalq təşkilatlardan biridir.  Digər  təşkilatlardan fərqli olaraq Azərbaycan QH-yə bir qədər gec daxil olsa da, respublikamız burada olduqca böyük uğurlara nail olub.  Üzv olduqdan cəmi 8 il sonra quruma sədrlik edən Azərbaycan təşkilatın  potensialını üzv dövlətlərin maraqları naminə səmərəli realizə edir.

 

Qlobal etimad

 

QH  BMT-dən sonra dünyanın ikinci böyük təşkilatıdır. 120 ölkəni birləşdirən qurum dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. Azərbaycanın üzv olduğu digər təşkilatlarla müqayisədə bu hərəkatda iştirakı nisbətən yenidir. Belə ki, respublikamız QH-yə cəmi 12 il əvvəl - 2011-ci ildə tam hüquqlu üzv olmaq barədə qərar verib. 
Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün 2019-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğuru oldu. Bu Zirvə görüşünə evsahibliyi üçün Azərbaycanın paytaxtının seçilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. 

Hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla evsahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi "Bandunq prinsipləri" üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz həyata keçirdiyi fəaliyyətlə dünyada Hərəkatın rolunun gücləndirilməsinə, "Bandunq prinsipləri"nin dəstəklənməsinə, üzv ölkələrin maraqlarının qorunmasına böyük töhfələr verib, BMT ilə çoxtərəfli əlaqələrin təşviq edilməsi, qorunması və gücləndirilməsi istiqamətində səylərini əsirgəməyib. 

 

İlham Əliyevin təşəbbüsləri beynəlxalq miqyasda təqdir olundu

 

Məlum olduğu kimi, Azərbaycanın quruma sədrliyi qlobal təhlükəyə çevrilmiş COVID-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etdi. Belə bir vaxtda Prezident İlham Əliyev öz müdrikliyi ilə QH-ni pandemiya ilə mübarizəyə uğurla səfərbər etdi. Bununla həm də  qlobal lider rolunu öz üzərinə götürən Prezident İlham Əliyevin təşəbbüsləri ilə Hərəkatın pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olundu, böyük razılıqla qarşılandı. Bu tədbirlər pandemiya ilə mübarizədə beynəlxalq  həmrəyliyin, o cümlədən COVID-19 əleyhinə peyvəndlərə əlçatanlığın təmin edilməsində böyük rol oynadı. 
Azərbaycanın Hərəkata sədrliyi dövründə peyvənd millətçiliyinə qarşı da mübarizə apardı.  Bu xüsusda, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilib. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində isə Assambleyanın plenar iclasında Hərəkatın Sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"  adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. 
İyulun 5-də Bakı Konqres Mərkəzində Hərəkatın Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: "Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu".

 

Müdrik və uzaqgörən fəaliyyət

 

QH-də Azərbaycan təşəbbüsü əsasında Hərəkatın üzv dövlətlərini təmsil edən gənclərin iştirakı ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi təsis olunub. 
Azərbaycanın QH-yə uğurla sədrlik etməsinin başqa bir nümunəsi təşkilatın Parlament Şəbəkəsinin yaradılmasıdır. QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub. 
2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olunub və onun daimi katibliyi Bakıda yerləşəcək. Ötən gün Prezident İlham Əliyev bildirdi ki, biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. 
Bütün bunlar göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə mükəmməl nümunələr yaradıb. Prezident İlham Əliyevin dediyi kimi, institusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.
Bir məsələni də qeyd edək ki, Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısının alınmasında böyük rol oynayıblar. Bütün bunlar bir daha Azərbaycanın QH çərçivəsində həyata keçirdiyi müdrik və uzaqgörən fəaliyyətdən xəbər verir. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!