15 İyul 2026 08:30
141
İQTİSADİYYAT
A- A+
Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır


Şuşada keçirilən IV Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunsa da, tədbirdə iqtisadi məsələlərdən də ətraflı bəhs edilmişdir. Prezident İlham Əliyevə verilən suallar iqtisadiyyatın bir sıra sahələrinə aid olmuş və toxunulan mövzu cavablarda öz geniş əksini tapmışdır.  

Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu, Qarabağda və Şərqi Zəngəzurda gedən geniş quruculuq, rəqəmsal transformasiyanın və süni intellektin inkişafı... Bunlar ətrafında söhbət gedən mövzuların yalnız bir qismidir. Eyni zamanda forum boyu əsas mövzulardan biri enerji sektoruna aid olmuşdur. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın ölkəmizə son səfərlərinin hələ də diqqət mərkəzində olduğu bildirilmişdir.

"Euronews" telekanalının Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə idarəedici redaktoru Ceyn Vizerspun Azərbaycanın artıq 16 ölkəyə qaz tədarük etdiyini, onlardan 14-nün Avropa ölkəsi olduğunu vurğulamışdır.

Cari ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başladığımız və bunun qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsi olduğu nəzərə çatdırılmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edir və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdədir.

 Prezidentimiz qaz ixracından danışarkən mühüm bir məsələyə də toxunmuşdur. Bu da ixrac infrastrukturunun genişləndirilməsi məsələsidir: "Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına tələbat kəskin şəkildə artdı. Avropa Komissiyası bizə müraciət edərək hasilatı mümkün qədər tez artırmaq üçün əlimizdən gələni etməyimizi xahiş etdi və biz bunu etdik. Yeri gəlmişkən, Avropa Komissiyasının prezidentinin Azərbaycana son səfəri zamanı da qeyd olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz tədarükümüzü 65 faiz artırmışıq və bu göstərici gələcəkdə də artacaq. Buna görə də mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin bu istiqamətdə əsas maneə Avropa İttifaqının "yaşıl gündəliy"idir. Avropa maliyyə institutları faydalı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsində maraqlı deyillər. Bu baxımdan əsas sual ondan ibarətdir ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün zəruri maliyyə vəsaiti haradan cəlb edilməlidir".

Digər vacib  bir məsələ də uzunmüddətli müqavilələrin bağlanmasıdır. Prezident İlham Əliyev: "Bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün irihəcmli investisiyalar tələb olunur. Əgər müəyyən vaxtdan sonra bizə "təşəkkür edirik, artıq qazınıza ehtiyacımız yoxdur" deyilərsə, onda biz nə edəcəyik?", - deyə bəyan etmişdir.

İndi Azərbaycan  heç nəzərdə tutmadığı bir bazara - Suriyaya qaz ixracına başlayıb. Oradan yüksək tələbatın mövcud olduğu qonşu bazarlara çıxış imkanları da var. 

Ölkəmizdə bərpaolunan enerji sahəsində də genişmiqyaslı işlər həyata keçirilir. Bu enerji mənbələri artıq  xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə həmin göstərici daha da artacaq. Belə ki, 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmaq hədəflənib. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə edilən bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. 

Ümumiyyətlə isə gündəlikdə kifayət qədər geniş məsələlər durur. Bunları sıralamaq çətindir, çünki hər biri vacibdir. İstər işğaldan azad edilmiş ərazilərimizin  bərpası və yenidən qurulmasının başa çatdırılması olsun, istərsə də   yeni nəqliyyat marşrutlarının və bağlantı imkanlarının formalaşması, rəqəmsal transformasiyanın və süni intellektin inkişafı...

"Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq", - deyə dövlətimizin başçısı bildirmişdir.

Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bizim bərpaolunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su-elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə günəş-elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə, elektrik enerjisinin Avropa bazarına ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var və bizim əlavə imkanlarımız var".

"Yaşıl enerji"nin ixracı barədə söz düşəndə 2024-cü ildə Bakıda imzalanmış müqavilə xatırlanmışdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair həmin müqaviləni COP29-un davam etdiyi günlərdə  imzalamışdılar. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır. 

Yeri gəlmişkən, Qazaxıstanın nümayəndəsinin sualını cavablandırarkən Prezident İlham Əliyev bildirmişdir ki, bu ölkə ilə Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik. Qazaxıstandan müəyyən həcmdə neft Azərbaycan ərazisindən nəql olunmağa başlayıb.

Şuşa Qlobal Media Forumunun iştirakçıları ölkəmizin iqtisadi inkişafını əyani görmək imkanı da qazanırlar. Onlar bunu məmnuniyyətlə dilə də gətirirlər. Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, hüquqşünas və senator Kristian Auqustin Nikolesku Taqalisin sözləri onların bir çoxunun fikirlərinin demək olar ki, eynidir: "Azərbaycana üçüncü dəfədir səfər edirəm və ötən il eyni vaxtda mənə gözəl ölkənizin ən yüksək və ən gözəl dağ zirvəsinə - Heydər Zirvəsinə qalxmaq nəsib oldu. Nəinki Azərbaycanın təbii gözəlliyi, həmçinin ölkənizin innovasiya, rəqəmsal idarəçilik və bərpaolunan enerji kimi bir çox sahədə əldə etdiyi gözəl tərəqqi mənə xoş təəssürat bağışlayır. Son illər ərzində Azərbaycan regional və beynəlxalq səviyyədə öz strateji mövqeyini inkişaf etdirmək, onu gücləndirmək kimi maraqlı prosesdən keçdi". 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanın "demokratik" diktaturası

09:00
15 İyul

Qaraqayada Sahib zirvəsi

08:55
15 İyul

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!