21 May 2021 15:40
992
CƏMİYYƏT
A- A+
Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığı uğurla davam etdirir

Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığı uğurla davam etdirir

 

Azərbaycan Respublikası Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Açıq Hökumət Tərəfdaşlığının təşəbbüsləri çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq fəaliyyətini uğurla davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 20-də Avropa İttifaqı (Aİ), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət Tərəfdaşlığı (AHT) tərəfindən “Şərq Tərəfdaşlığı” ölkələrində açıq hökumətin təşviqinə dair islahatlara və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş “Dürüstlük Proqramına Avropa İttifaqının dəstəyi” mövzusunda onlayn rejimdə yüksək səviyyəli tədbir keçirilib.

Tədbirdə Azərbaycanı Azərbaycan Respublikasının Baş prokuroru, İƏİT-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin Milli Koordinatoru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, İƏİT-nin Baş katibi Angel Gurria, habelə Açıq Hökumət Tərəfdaşlığının Baş icraçı direktor Sanjay Pradhan görüşün iştirakçılarını salamlayaraq Aİ-nin “Şərq Tərəfdaşlığı”, İƏİT-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin tərəf ölkələrində dürüstlüyün, şəffaflığın təmin edilməsi üçün görülmüş tədbirləri dəstəkləməklə bu istiqamətlərdə qoyulan səylərdə uğurlar arzulayıblar.

Daha sonra “Şərq Tərəfdaşlığı”nda vətəndaşların kompakt yaşayışı və dürüstlüyün gələcək gündəliyi” mövzusunda keçirilən sessiyada regionda açıq hökumət üzrə aparılan islahatların gücləndirilməsi və tərəf ölkələrində korrupsiyaya qarşı mübarizədə olan praktikaların ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən iqtisadi inkişaf və sosial-iqtisadi proseslərə beynəlxalq təşkilatların yanaşması, Dünya Bankının reytinqlərində və “Doing Business” hesabatlarında respublikanın aparıcı islahatçı ölkələr siyahısında mövqe tutmasını, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq fonunda korrupsiya qarşı mübarizədə qarşıya çıxan çağırışları iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin Baş prokuror ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində görülən işlər barədə geniş məlumat verərək, Azərbaycan dövlətinin siyasətində əsas prioritet kimi məqsədyönlü sosial-iqtisadi islahatlar fonunda milli iqtisadiyyatın güclənməsi haqqında və bu sahədə ölkəmizin dövlət idarəetmə orqanlarında həyata keçirilən tədbirlər barədə danışıb.

Eyni zamanda, nümayəndəmiz səmərəli dövlət idarəçiliyinə hesablanmış yeni institusional mexanizmlərdən, vətəndaşlara xidmət göstərməklə süründürməçilik hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyətindən bəhs etmiş, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən cinayət təqibi tədbirləri barədə məlumat verib.

Həmçinin ölkəmizin Baş prokuroru milli təcrübəyə dair verilmiş sualları cavablandırıb.

Tədbirin sonunda sessiya çərçivəsində “Şərq Tərəfdaşlığı” ölkələrinin yüksək vəzifəli şəxslərinin və QHT-nin nümayəndələrinin müvafiq mövzular ətrafında məruzələri dinlənib və faydalı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!