10 Dekabr 2025 19:53
345
SİYASƏT
A- A+
Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri dünya mediası tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Slovakiyanın aparıcı media orqanları – TASR xəbər agentliyi, “TA3” telekanalı, “Dennik“, “Slovak Spectator“, “Hospodarske noviny” qəzetləri və digər mətbu orqanları rəsmi səfər, keçirilən görüşlər və imzalanan sənədlərlə bağlı xəbərlər yayıblar. Qeyd edilib ki, səfər zamanı keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan–Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm addım kimi qiymətləndirilir.

Vurğulanıb ki, Slovakiya Prezidenti Peter Pelleqrini və Baş nazir Robert Fitso ilə danışıqlar dostluq və qarşılıqlı hörmət ruhunda keçib. Prezident Pelleqrini diqqətə çatdırıb ki, Slovakiya Azərbaycanı dost ölkə hesab edir və onu regionun strateji oyunçusu kimi qəbul edir. Prezident İlham Əliyev isə iki ölkə arasında əməkdaşlığın çoxşaxəli potensialını vurğulayıb və Slovakiya ilə münasibətlərin qarşılıqlı maraqlara əsaslandığını qeyd edib.

Görüşlərdə enerji təhlükəsizliyi və təbii qaz təchizatının şaxələndirilməsi məsələləri əsas mövzulardan biri olub. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır və istənilən vaxt Slovakiyaya əlavə qaz tədarük etməyə hazırdır. Tərəflər enerji, nəqliyyat və logistika sahələrində yeni layihələrin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Danışıqlar zamanı hər iki ölkənin müdafiə sənayesi müəssisələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb. Qeyd edilib ki, Azərbaycan və Slovakiya birgə istehsal sahələrini inkişaf etdirməklə beynəlxalq bazarlara yeni məhsullar çıxara bilərlər.

Görüşlərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın, ticarət dövriyyəsinin və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Slovakiya Prezidenti qeyd edib ki, Bratislava ilə Bakı arasında birbaşa aviareysin açılması iki ölkə arasında turizm və biznes əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.

Nəticə etibarilə qeyd etmək olar ki, Slovakiya mediası səfəri tarixi hadisə kimi qiymətləndirib. Yazılarda vurğulanır ki, bu səfər iki ölkə arasında energetika, müdafiə, iqtisadiyyat, texnologiya və mədəniyyət sahələrində yeni əməkdaşlıq səhifəsi açır.

Bu səfər Rusiya mətbuatının da diqqət mərkəzində olub.

“Krasnaya vesna”, “TASS”, “Vestnik Kavkaza” informasiya agentliklərinin, “MİR” telekanalının, “OilCapital”, “Finmarket”, “EADaily” və digər nəşrlərin materiallarında əsas vurğu Bakı ilə Bratislava arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı maraqlar və enerji təhlükəsizliyi məsələlərinin müzakirəsinə edilib. Qeyd olunur ki, səfər çərçivəsində xarici siyasət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, danışıqların konstruktiv ab-havada keçdiyi və Bratislava ilə Bakının əlaqələrinin güclənməsinə töhfə verdiyi vurğulanıb. Materiallarda Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin Bratislavadakı Devin tarixi qəsrini ziyarət etmələri də xüsusi qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan Slovakiyaya qaz ixracını istənilən vaxt bərpa etməyə hazırdır. Materiallarda rəsmi Bakının Slovakiyanı Avropa enerji bazarında perspektivli tərəfdaş kimi qiymətləndirdiyi və Azərbaycanın sabit tədarük imkanlarına malik olduğu diqqətə çatdırılır.

Türkiyə mediası da səfərlə bağlı məlumatlar yayıb. Türkiyənin Strateji Düşüncə İnstitutunun saytında yayımlanan məqalədə bildirilib ki, Prezident İlham Əliyevin slovakiyalı həmkarı ilə görüşdə enerji təchizatı təhlükəsizliyində Azərbaycanın rolunun artırılması, müdafiə sənayesi sahəsində texnologiya transferi və birgə istehsal perspektivləri müzakirə olunub. Slovakiya tərəfi Azərbaycanın enerji resurslarının alternativ mənbə kimi əhəmiyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev isə qaz tədarükünü genişləndirməyə və Slovakiyanın texnoloji təcrübəsi ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək, dünya bazarlarına çıxacaq yeni müdafiə məhsulları hazırlamağa hazır olduqlarını bildirib.

“Oksigen” qəzetinin məqaləsində bildirilib ki, Prezident İlham Əliyevin Prezident Peter Pelleqrini ilə görüşündə enerji təhlükəsizliyində Azərbaycanın strateji rolu və müdafiə sənayesi sahəsində birgə layihələrin perspektivləri müzakirə olunub. Slovakiya Lideri ölkəsinin enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın aparıcı rolunu vurğulayıb və birgə istehsal olunacaq müdafiə məhsullarının üçüncü ölkələrə satış imkanlarına diqqət çəkib.

“TRT Avaz”ın saytında dərc olunan “Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir” sərlövhəli yazıda görüşlər zamanı enerji təchizatı təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat və Ağdam rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması kimi istiqamətlərdə əməkdaşlıq imkanlarının müzakirə olunduğu qeyd edilib. Vurğulanıb ki, Prezident Pelleqrini Azərbaycanın uzunmüddətli strateji tərəfdaş kimi rolunu vurğulayıb, Prezident Əliyev isə qaz tədarükünü genişləndirməyə, həmçinin Slovakiya texnologiyası ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək yeni müdafiə və infrastruktur layihələrini həyata keçirməyə hazır olduqlarını bildirib.

Bolqarıstanın “Factibg.com” saytında dərc olunan yazıda isə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında qaz tədarükü və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanlarının müzakirə edildiyi qeyd olunur. Vurğulanır ki, Slovakiya Azərbaycanla hərbi tərəfdaşlığı da gücləndirməyi planlaşdırır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri üzrə lisenziya alınması tələbinin şamil olunmadığı paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:38
24 Yanvar

Azercell korporativ abunəçilərinin nəzərinə!

01:33
24 Yanvar

Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

21:32
23 Yanvar

Misli Premyer Liqası: "Neftçi" xal itirib  

20:54
23 Yanvar

“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur  

19:54
23 Yanvar

Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb  

19:41
23 Yanvar

Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb  

19:13
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!