Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Görüşdə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun regional səfər çərçivəsində Azərbaycana səfər etməsinin önəminə toxunuldu və bu, siyasi münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi. Venesuela Prezidentinin bu səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.
Nikolas Maduro Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu bildirdi və Venesuelanın ölkəmizlə əlaqələrə böyük önəm verdiyini vurğuladı. Qonaq ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirdi, çoxtərəfli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində görülən işləri müsbət qiymətləndirdi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında ölkələrimizin birgə uğurlu fəaliyyət göstərdiyi qeyd edildi. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin bir il də uzadılması məsələsində Venesuelanın dəstəyi vurğulandı. Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsipləri olan Bandunq prinsiplərinə sadiq olduğu bildirildi.
Dövlətimizin başçısı vurğuladı ki, Venesuela hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Prezident İlham Əliyev qeyd etdi ki, münaqişə öz həllini tapıb, Azərbaycan ədaləti, beynəlxalq hüququ, ərazi bütövlüyünü özü bərpa edib. Dövlətimizin başçısı onu da bildirdi ki, ölkələrimiz hər zaman bir-birinin suverenliyini və müstəqilliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Söhbət zamanı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi qeyd olundu. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirildi.
Görüşdə OPEC+ formatı çərçivəsində də ölkələrimizin uğurlu fəaliyyəti vurğulandı.
Dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İqtisadi yüksəlişin, dəmir iradənin təcəssümü
12 Avqust
O.Ç.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
12 Avqust
Region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi reallığa çevrilir
12 Avqust
Gənc nəslin yetişdirilməsi dövlətin əsas strateji hədəflərindəndir
12 Avqust
Bakıətrafı kənd və qəsəbələr də paytaxtımızın imicinə layiq görkəm alır
12 Avqust
Xəzərdə perspektivli sayılan strukturlar çoxdur
12 Avqust
Etimadı doğruldurlar
12 Avqust
İslam həmrəyliyi ilk növbədə dünyaya sülh istəyini çatdırır
12 Avqust
Kənd təsərrüfatının davamlı inkişafı elmi əsaslara söykənməlidir
12 Avqust
Avropa İttifaqı ölkələri "fövqəladə plan"ı təsdiqlədilər
12 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!