Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarını izləyib
Birinci Avropa Oyunlarının on birinci günü də idmançılarımız üçün uğurlu olub. İyunun 22-də Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 8 dəst medal uğrunda mübarizə aparılıb. Həm kişilər, həm də qadınlar 4 çəki dərəcəsində qüvvələrini sınayıblar. Azərbaycan bu yarışlara 8 samboçu ilə qatılıb. Samboçularımız müvəffəqiyyətlə çıxış ediblər. Azərbaycan samboçuları Nəzakət Xəlilova, İslam Qasımov, Amil Qasımov və Vasif Səfərbəyov gümüş medallar qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə və ailə üzvləri yarışların gedişini izləyiblər.
Qadınların yarışında 52 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz Nəzakət Xəlilova dörddəbir finalda rumıniyalı Kodrina İoneskunu 4:1 hesabı ilə məğlub edib. O, yarımfinalda litvalı Ruta Aksionovaya heç bir şans verməyərək 8:0 hesabı ilə qalib gəlib. Qızıl medal uğrunda həmyerlimizin rəqibi Rusiya idmançısı Anna Xaritonova olub. Görüşdə 5:0 hesabı ilə qalib gələn Rusiyanın təcrübəli idmançısı birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Nəzakət Xəlilova Oyunların gümüş medalını əldə edib.
Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı İslam Qasımov mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Həmin mərhələdə soydaşımız asan qələbə qazanıb. O, Rumıniya təmsilçisi Orlando Qruianı 9:0 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə gürcüstanlı Vaxtanqi Çidraşviliyə 3:1 hesabı ilə qalib gəlib. Avropa və dünya çempionu İslam Qasımov finalda rusiyalı Aymergen Atkunova məğlub olaraq birinci Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənib.
Yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən Amil Qasımov ilk görüşdə gürcüstanlı Kaxa Mamulaşvilini 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, bolqarıstanlı Martin İvanovdan 4:3 hesabı ilə üstün olub. Finalda Belarus idmançısı Stepan Papova uduzan Amil Qasımov yarışı ikinci pillədə başa vurub.
Yüz kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov də yarışa uğurla başlayıb. O, dörddəbir final mərhələsində makedoniyalı Bayro Maşoviç üzərində 8:0 hesabı ilə qələbə qazanıb. İdmançımız yarımfinalda ukraynalı Razmik Tonoyana qalib gələrək həlledici mərhələyə yüksəlib. Samboçumuz finalda rusiyalı rəqibi Artyom Osipenkodan üstün ola bilməyib və “Bakı-2015”i ikinci yerdə başa vurub.
Qaliblərə mükafatlar təqdim olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!