03 Dekabr 2021 00:27
756
SİYASƏT
A- A+
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının yeddinci iclasının protokolu imzalanıb

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının yeddinci iclasının protokolu imzalanıb

 

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının Pakistan İslam Respublikası tərəfindən həmsədri, Pakistanın müdafiə istehsalatı naziri Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 3-dək Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası ilə əlaqədar ölkəmizdə rəsmi səfərdədir.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, xanım Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Dekabrın 1-də keçirilmiş Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasında komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, müdafiə sənayesi naziri Mədət Quliyev və Pakistan İslam Respublikası tərəfindən həmsədri Zobaida Calal, ilk növbədə, tədbirə qatılan 23 qurumun səlahiyyətli nümayəndələrini, həmçinin iclasa Pakistandan onlayn qoşulan iştirakçıları və digər qonaqları salamlayıblar.

Açılış nitqi ilə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrdən bəhs edib. Nazir dövlətimizin başçısının Pakistan Prezidenti Arif Alvi və Baş naziri İmran Xan ilə şəxsi dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynadığını qeyd edib. Nazir 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirərək Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Toplantı çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması ilə bağlı gələcək perspektivlər müzakirə olunub, bank, enerji, müdafiə sənayesi, nəqliyyat və rabitə, kosmik fəzadan dinc məqsədlərlə istifadə, kənd təsərrüfatı, gənclər və idman, ədliyyə, elm və təhsil, səhiyyə, qida təhlükəsizliyi sahələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 2-də Azərbaycan-Pakistan Birgə Komissiyasının yekun iclası olub. Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiklərini xüsusi qeyd edib.

Yüksək qonaqpərvərliyə görə nazirə minnətdarlığını bildirən xanım Zobaida Cəlal Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq bu münasibətlərin əbədi və sarsılmaz olacağından əminliyini ifadə edib. Zobaida Cəlal Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. O, səfərdən məmnunluğunu ifadə edərək Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasının əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verəcəyini söyləyib.

Sonda Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasının yekununa dair protokol imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!