31 May 2025 08:05
1038
SİYASƏT
A- A+
Azərbaycan-Pakistan: ali səviyyədə görüş, yüksək səviyyədə tərəfdaşlıq

Azərbaycan-Pakistan: ali səviyyədə görüş, yüksək səviyyədə tərəfdaşlıq


Hamımız Prezident İlham Əliyevin keçən il iyulun 11-12-də Pakistan İslam Respublikasına dövlət səfərini, dost və qardaş ölkədə necə hərarətlə qarşılandığını  xoş  təəssüratlarla xatırlayırıq. Cari  ilin fevralında isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfəri etdi. Bu,  son üç ildə Pakistanın Baş nazirinin ölkəmizə üçüncü səfəri idi və Bakıda  dediyi sözləri  bir  daha yada salaq.

Məhəmməd Şahbaz Şərif  fevralın 24-də mətbuata bəyanatla çıxış  edərkən demişdi: "Pakistan həmişə Azərbaycanı Qarabağ məsələsində dəstəkləmişdir və əlhəmdülillah, Sizin baxışınız, cəsarətiniz və qətiyyətli qərarlarınız bu bölgədə sülhə gətirib çıxardı. Sabah mən Füzuliyə, ondan sonra isə dağlara, Şuşaya getməli idim. Lakin düşünürəm ki, mən qarın yağması ilə bir növ soyuq havanı dünən axşam hiss etdim. Biz belə qərara gəldik ki, yayda sizin gözəl ölkənizə konfransda iştirak etmək üçün gələcəyik, ikinci evimizə yenidən səfər edəndə biz birlikdə oranı ziyarət edəcəyik və Sizin möhtəşəm nailiyyətinizi yüksək dəyərləndirəcəyik".

"Saf arzu qanadlı, xoş niyyət yüyrək olar", - deyiblər. Yəni məqsədin aydın, diləyin səmimidirsə, onlara tez yetişərsən. Dost və qardaş Pakistanın baş nazirinin Qarabağa səfər  etmək arzusu   hələ dediyi vaxtdan da tez, yaydan əvvəl, yazda yerinə yetdi. Üstəlik, onun təyyarəsi mayın 27-də mübarək Laçın aeroportuna endi. Dövlətimizin başçısının burada Məhəmməd Şahbaz Şəriflə  istər ikili formatda, istərsə də qardaş Türkiyənin  Prezidenti Rəcəb Tayyib  Ərdoğanla birgə - üçlükdə  çoxsaylı görüşləri və söhbətləri oldu.

Laçında  Prezidentimizin   Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşündə  bu səfərin Pakistanın "Qarabağ Azərbaycandır!" mövqeyinin növbəti təsdiqinin ifadəsi olduğu vurğulandı. Ali qonaq  Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında və ətraf ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin böyük təəssürat doğurduğunu dedi, bunlara görə dövlətimizin başçısını  və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etdi.

Təbii ki, ali səviyyədə görüşlərin bu dinamikası Azərbaycan-Pakistan əlaqələrinə, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və güclənməsinə böyük təkan verir. Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin iştirakı ilə bir neçə ay əvvəl imzalanmış sənədlərin mübadiləsi də göstərir ki, iki ölkə arasında iqtisadi əlaqələrin yeni səhifələri açılır. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yol açan həmin sənədlər sırasında enerji sahəsinə aid olanlar da diqqət çəkir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Frontier Works Organisation" (FWO) və "Pakistan State Oil Company Limited" şirkəti arasında Anlaşma Memorandumu mübadilə edildi. SOCAR-la mübadilə edilən daha bir sənəd "Pakistan Refinery Limited" (PRL) və "Pakistan State Oil Company Limited" şirkəti ilə Anlaşma Memorandumudur. "SOCAR Trading SA" ilə də sənədlər mübadilə edildi. Bunlar "Pakistan LNG Limited" arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə, "Pakistan State Oil Company Limited" şirkəti ilə Anlaşma Memorandumu və "Pakistan State Oil Company Limited"lə neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişidir. Prezident İlham Əliyev dəfələrlə  rəsmən bəyan edib ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Hədəflənən layihələr infrastrukturun inkişafını, energetikanı, mədən işini və digər sahələri əhatə edir. Bir sözlə, iqtisadi əlaqələrimiz getdikcə daha çox sahələri əhatə edərək genişlənməkdədir. Əməkdaşlıq enerji və infrastruktur layihələrini, informasiya texnologiyalarını, əczaçılıq, tekstil və digər sahələrə aiddir və həm bu, həm də digər sahələrdə əlaqələrin daha da güclənməsi üçün böyük potensial var. Ekolgiya sahəsində də həmrəyik. Təsadüfi deyil ki, ölkəmizin yaşıllıq ekspertlərindən ibarət heyəti İslamabadın abadlaşdırılmasında çalışır və şəhərin yaşıllaşdırılmasında, eləcə də landşaftla bağlı təqdirəlayiq işlər görür. 

İqtisadi əməkdaşlığın genişləndirilməsinin, idxal-ixracın artmasının hər iki ölkəyə dividendlər gətirəcəyinə şübhə yoxdur. İdxal-ixracdan söz düşmüşkən, hədəfdə olan vacib məsələlərdən biri ticarət dövriyyəsinin artırılmasıdır. Bu barədə Məhəmməd Şahbaz Şərif hələ fevral ayında belə demişdi: "Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan "Basmati" düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir. Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır... Biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik". 

Qeyd edək ki, Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis olunub. Bu da ikitərəfli ticarətin inkişaf etməsinə imkan verəcək amillərdəndir. Laçında Prezidentimizin Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşündə də Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bir sıra digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidentinin, Türkiyə  Prezidentinin və Pakistanın baş nazirinin Zirvə görüşündə isə dövlətimizin başçısı dedi: "Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib... Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik".

İnam və əminlik olanda isə yüksəliş də, qələbə də olur!


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!