30 May 2025 20:12
484
CƏMİYYƏT
A- A+
Azərbaycan nümayəndə heyəti “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfransda iştirak edir

Azərbaycan nümayəndə heyəti “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfransda iştirak edir

Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfrans keçirilir.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, 41 ölkənin və 57 beynəlxalq təşkilatın təmsil olunduğu tədbirdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.

Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin rəsmiləri daxildir.

Konfrans Tacikistan Prezidenti Emoməli Rəhmonun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının 2025-ci ili “Beynəlxalq Buzlaqların Qorunması İli” elan etməsi çərçivəsində keçirilir və qlobal iqlim dəyişikliyi ilə mübarizə şəraitində buzlaqların mühüm roluna diqqət çəkir.

Mayın 30-da konfransın plenar iclasında çıxış edən Samir Şərifov 2024-cü ildə Azərbaycan Prezidentinin rəhbərliyi ilə Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uzun illər ərzində razılaşdırılmamış məsələlərdə mühüm irəliləyişlərin əldə olunduğunu, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikləri ilə mübarizəsi üçün ildə 300 milyard ABŞ dollarına qədər iqlim maliyyələşməsinin ayrıldığını, İtki və Zərər Fondunun yaradıldığını və karbon kreditləri ilə ticarəti tənzimləyən hüquqi çərçivənin razılaşdırıldığını xüsusi vurğulayıb.

Baş nazirin müavini buzlaqların mühafizəsinin yalnız regional deyil, eyni zamanda, qlobal əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, buzlaqların sürətlə əriməsinin insanların gündəlik həyatı, ictimai səhiyyə, su və ərzaq təhlükəsizliyi, ekosistemlərin dayanıqlılığı, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə göstərdiyi mənfi təsirləri baxımından ciddi təhdid yaratdığını bildirib. S.Şərifov Azərbaycanın da buzlaq ehtiyatlarına malik ölkə kimi bu məsələyə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.

Baş nazirin müavini buzlaqların qorunmasını qlobal iqlim dəyişikliyi ilə mübarizə proqramının mühüm mitiqasiya istiqamətlərindən biri kimi qiymətləndirib və vurğulayıb ki, qlobal temperatur artımının Paris İqlim Sazişi çərçivəsində razılaşdırılmış həddi aşmaması buzlaqların qorunması üçün başlıca şərtlərdəndir. O, ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması prioritet istiqamət kimi müəyyənləşdirildiyini, həmçinin ölkəmizin qlobal səylərə fəal və effektiv töhfə verməyə davam etməyə hazır olduğunu deyib. Bu xüsusda konfransda iştirak edən dövlətləri Qlobal İqlim Sazişində nəzərdə tutulmuş milli öhdəliklərini yerinə yetirməyə və iqlim dəyişikliklərinə qarşı qlobal səylərə əməli töhfə verməyə çağırıb.

Konfrans çərçivəsində S.Şərifov Tacikistanın Baş naziri Koxir Rasulzoda tərəfindən qəbul edilib, Tacikistanın Baş nazirinin müavini, Azərbaycan-Tacikistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Usmonali Usmonzoda, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan ilə görüşlər keçirib, iqlim dəyişikliyi ilə mübarizə, habelə qarşılıqlı maraq doğuran digər 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!