22 İyun 2025 09:25
1125
Mədəniyyət
A- A+
Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi


Ötən əsrdə Azərbaycan mədəniyyəti və incəsənətinin, xüsusən də teatr və milli kinomuzun inkişafında Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Ağalar bəy qızı Bədirbəylinin, onun əmisi qızı -1974-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar artist fəxri adına layiq görülən Firuzə Bədirbəylinin, habelə Firuzə xanımın sənətini böyük həvəslə davam etdirən qızı - Xalq artisti Zemfira Əliyevanın xidmətləri böyükdür.

Xatırladaq ki, əfsanəvi aktrisa, respublikanın Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin sənət yolu və yaradıcılığı haqqında "Unudulmazlar"da yazılıb. İndi isə Leyla xanımın əmisi qızı, tanınmış teatr və kino aktyoru Firuzə Bədirbəyli və qızı Zemfira Əliyeva haqqında oxucularımıza məlumat veririk. 

Firuzə xanımın atası Xanlar bəy Bədirbəyli sovet hakimiyyəti illərində Gəncədə, Zaqatalada və Bakıda Xalq Daxili İşlər Komissarlığı (NKVD) sistemində müxtəlif vəzifələrdə işləmişdir. Anası Şəmkirin tanınmışlarından olan Süleyman ağa Bədirbəylinin qızı Şəkər xanım idi. 

İki qardaşın bir bacısı olan Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol (Gəncə) qəzasının Şəmkir mahalının Morul kəndində dünyaya göz açıb. Orta məktəbdə oxuyarkən məktəb özfəaliyyət dərnəyinin üzvü olub, bayram günləri keçirilən tədbirlərdə və şənliklərdə maraqla qarşılanan səhnəciklərin qurucusu və bir çox rolun ifaçısı olub. Orta məktəbi uğurla bitirdikdən sonra, yəni 1939-cu ildə Şamxor Dövlət Teatrında səhnə fəaliyyətinə başlayıb. 1947-ci ilin sonlarında Kirovabad (Gəncə) Dövlət Dram Teatrının truppasına qəbul edilib. Firuzə xanım M.F.Axundzadənin "Hacı Qara" tamaşasında Tükəz, Ə.Haqverdiyevin "Pəri cadu"sunda Pəri cadu, C.Məmmədquluzadənin "Ölülər"ində Tükəzban, S.S.Axundovun "Eşq və intiqam"ında Yasəmən, C.Cabbarlının "Yaşarın"da Şərəbanı, "Almaz"da Xanımnaz, "Solğun çiçəklər"də Gülnisə, "Sevil"də Dilbər, "Aydın"da Susanna, Hüseyn Cavidin "Şeyx Sənan"ında Əzra, Sabit Rəhmanın "Əliqulu evlənir"ində Humay, Rəsul Həmzətovun "Dağlar qızı"nda Aşura obrazlarını məharətlə canlandırıb. Tamaşaçıların sevimlisi olan Firuzə xanım səhnə fəaliyyəti zamanı 40-a yaxın rolun ifaçısı olub. Teatr sahəsindəki xidmətlərinə görə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 27 dekabr 1971-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Tanınmış aktrisa Firuzə xanım Bədirbəyli 16 dekabr 1972-ci ildə dünyasını dəyişib.

Firuzə xanımın yeganə qızı Zemfira səhnə fəaliyyətinə yeniyetmə yaşlarından başlamışdır. Anasının sənət yolunu davam etdirmək üçün arzularının üfüqləri çox geniş idi.

Zemfira Məmmədəli qızı Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində dünyaya göz açıblar. Valideynləri onun xoşbəxt gələcəyi üçün səy göstərib, təlim-tərbiyəsi ilə ciddi məşğul olub. O, məktəbli ikən anası ilə vaxtaşırı teatra gedib-gəlib. Bir müddət sonra maraq və həvəsi nəzərə alınaraq ona teatr tamaşalarında uşaq rolları tapşırılıb. İstedadı, emosional ifadə vasitələri erkən formalaşdığı üçün 

17 yaşında ikən ona Cəfər Cabbarlının "Solğun çiçəklər" melodramında Sara rolu həvalə edilir. Gənc aktrisanın debütü gözlənildiyindən də yaxşı alınıb.

İlk uğurdan sonra teatra işə qəbul olunur. Aktrisa qısa vaxt ərzində göstərilən etimadı doğruldur. Bundan sonra ona bir-birinin ardınca Səməd Vurğunun "Vaqif" (Gülnar), Viktor Rozovun "Sabahin xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun "Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında daha mürəkkəb rollar tapşırılır. Füsunkar səhnə görkəmi, məlahətli səsi, coşğun sənət ehtirası olan Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət olunur. Aktrisa burada yaratdığı səhnə obrazlarına da xüsusi emosional təravət, psixoloji dərinlik və fəlsəfi bütövlük verir. 

Zemfira qısa vaxt ərzində Naxçıvan teatrında baş rolların mahir ifaçısı kimi tanınır və kollektivin sevimlisinə çevrilir. O, Naxçıvan səhnəsində Cəfər Cabbarlının "Almaz", "Solğun çiçəklər", "Oqtay Eloğlu" və "Yaşar" əsərlərinin tamaşasında Almaz, Sara, Firəngiz, Yaqut, Hüseyn Cavidin "Ana", "Şeyda", "Şeyx Sənan" və "Uçurum"unda Selma, Roza, Xumar, Anjel, M.F. Axundzadənin "Haci Qara"sında Sona, Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" əsərinin tamaşasında Reyhan, Şıxəli Qurbanovun "Sənsiz"ində Maral, Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"nda Pırpız Sona, Sabit Rəhmanın "Toy" komediyasında Zinyət, Vaqif Səmədoğlunun "Bəxt üzüyü"ndə Söylü, İlyas Əfəndiyevin "Unuda bilmirəm" və "Məhv olmuş gündəliklər"ində Nərmin, Anjel, Süleyman Sani Axundovun "Laçın yuvası" və "Eşq və intiqam" əsərlərində Pəricahan və Zöhrə kimi yaddaqalan obrazlar yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Xalq artisti Zemfira Əliyeva səhnə üçün doğulan xoşbəxt insanlardan olub. 

O, 1972-ci ildə Naxçıvan Dövlət Teatrının truppasına daxil olub. Zemfira Əliyeva Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Aktrisa 1988-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunur. Burada da bir-birindən maraqlı obrazlara səhnə həyatı verir. O, istedad, zəhmət və gərgin məşqlər sayəsində obrazların xarakterini açır, onları tamaşaçılara sevdirir, qəbul etdirir. 

Heç yadımdan çıxmır onun siması. Akademik Milli Dram Teatrında Nahid Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşası səhnəyə qoyulanda orada ana obrazı Zemfira xanıma həvalə olunmuşdu. Bu obraz o qədər təbii alınmışdı ki, onun səsi hələ də qulağımdadır.

Z.Əliyeva ana rollarının olduqca bənzərsiz, qeyri-adi ifaçısı idi. Onun səsində pafos yox idi, amma içdən gələn bir həyəcan vardı, o həyəcan tamaşaçının qəlbini, ruhunu titrədirdi.

Zemfira Əliyeva filmlərdə də çəkilib. Kinoda debütü 1962-ci ildə "Böyük dayaq" filmində (Pərişan) olur. Aktrisa "Güllələnmə təxirə salınır", "Qəzəlxan", "Doğma sahillər", "Pəncərə" və sair bədii filmlərdə, habelə "İtkin gəlin" teleserialında, televiziya tamaşalarında rol alıb. Teatrşünaslar qeyd edir ki, Zemfira xanımın füsunkar səhnə görkəmi, məlahətli danışığı, zəngin və əlvan ifadə vasitələri, coşğun daxili ehtirası tamaşaçının ürəyini riqqətə gətirirdi. 

Xalq artisti Zemfira Əliyeva yaradıcılığının coşğun çağlarında vaxtsız gələn əcəl onun arzularını yarımçıq qoydu. 16 noyabr 1995-ci ildə, 54 yaşında dünyadan köçən aktrisa özündən sonra səhnədə böyük iz qoyub. 

Ölkə rəhbərliyi tərəfindən Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi - Leyla Bədirbəylinin, Firuzə Bədirbəylinin, habelə Zemfira Əliyevanın xatirəsi həmişə əziz tutulur. 


 Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!