16 Oktyabr 2020 12:36
887
SİYASƏT
A- A+
Azərbaycan ləzgi ictimaiyyəti nümayəndələri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Azərbaycan ləzgi ictimaiyyəti nümayəndələri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb


Azərbaycan ləzgi ictimaiyyəti nümayəndələri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

AZƏRTAC-a daxil olan müraciətdə deyilir: "Sentyabrın 27-dən etibarən işğalçı Ermənistan silahlı qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq hərbi əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın şəhər və kəndlərini iriçaplı silahlardan, artileriya qurğularından və ballistik raketlərdən atəşə tutmağa başlamışlar.

Təcavüzkar Ermənistan 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq dinc əhalini, çoxsaylı evləri, həyati əhəmiyyətli obyektləri, təsərrüfat təyinatlı məntəqələri, xəstəxanaları, məktəbləri və digər infrastruktur obyektlərini hədəfə almaqda davam edir.

Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu sentyabrın sonundan başlayaraq cəbhə xəttində uğurlu hərbi əməliyyatlar keçirmişdir. Bu əməliyyatlar nəticəsində Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarca kənd, strateji yüksəkliklər düşməndən azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatlarının gedişində böyük siyasi iradə, sərkərdə qətiyyəti və prinsipiallıq göstərərək, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.

Ermənistan ordusu humanitar atəşkəs rejiminə riayət etmir və ona görə də Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşməni işğal olunmuş torpaqlarımızdan qovmağı davam etdirmək əzmindədir. Belə bir vaxtda erməni təxribatçıları yeni hiylələrə əl atır, Azərbaycanın ayrı-ayrı xalqlarını, o cümlədən, ləzgiləri Vətənin müdafiəsindən imtina etməyə çağırır, respublikamızın xalqları arasında nifaq salmağa çalışırlar. Onlar unudurlar ki, Azərbaycan burada yaşayan bütün xalqların Vətənidir və bu xalqların nümayəndələri Vətəni son damla qanlarınadək müdafiə edəcəklər. Hazırda yüzlərlə ləzgi gənci Azərbaycan Ordusu sıralarında düşmənlə döyüşür və qəhrəmanlıq nümunələri göstərirlər.

Vətəni qorumaq onun hər bir vətəndaşının müqəddəs borcudur. Respublikamızın ləzgi ictimaiyyəti də bunu yaxşı başa düşür. Erməni təxribatçılarının müxtəlif hiylələrə əl atdığı bir vaxtda həmvətənlərimizi daha da sayıq olmağa, həmişə olduğu kimi, yenə də doğma Azərbaycanımızın müdafiəsinə layiqli töhfə verməyə çağırırıq.

Biz BMT Təhlükəsizlik Şurasının Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822,853,874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxmasını tələb edirik. Ümid edirik ki, beynəlxalq təşkilatlar təcavüzkar erməni siyasətinə son qoyulmasından, hərbi cinayətlərin qarşısının alınmasından, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tezliklə çıxmasından ötrü Ermənistana təzyiqi artıracaq, bölgədə təhlükəsizlik mühitinin bərqərar olunması üçün səylərini əsirgəməyəcəklər.

Qarabağ Azərbaycandır! Eşq olsun şanlı Azərbaycan Ordusuna!

Müraciəti imzaladılar:

İmran Rzayev – "Samur Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyi”nin sədri

Kamal Abdullayev – elmlər doktoru, Beynəlxalq akademiyaların üzvü, Prezident təqaüdçüsü

Qeylani Pənahov – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Kamil Aydazadə – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Əşrəf Balamətov – texniki elmlər doktoru, Energetika İnstitutunun elmi istiqamətində rəhbəri, Rusiya Elektrotexnika Akademiyasının fəxri üzvü

Şair Ramaldanov – Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki

Yaşar Aydəmirov – Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı

Beyyaməddin Davudov – Azərbaycan Dövlət Universitetinin dosenti

Dünyaməddin Əskərov – Azərbaycan Neft Akademiyasının dosenti

Müzəffər Məlikməmmədov – "Samur” qəzeti baş redaktorunun müavini, yazıçı-publisist

Dağlar Səfərov – sahibkar

Məmmədağa Sərdarov – siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Afət Əlifov – Bakı Mühəndislik Universitetinin Memarlıq və İnşaat fakültəsinin dekanı, elmlər namizədi, dosent

Ruslan Şeydayev – AzTV-nin ləzgi redaksiyasının baş redaktoru

Zavir Nəcəfov – "Samur Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyi”nin katibi

Edviq Həsənov – "Samur Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyi”nin gənclərlə iş sektorunun rəhbəri”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!