Azərbaycan-Koreya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
Sentyabrın 6-da Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
üzvlərinin ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, qrupun rəhbəri Malik Həsənov xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açdı, Koreya ilə münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı. Deputat xüsusən müasir texnologiyaların istehsalında bu ölkənin sürətli inkişafının Azərbaycanda diqqətlə izlənildiyini və təqdir edildiyini söylədi. Bildirildi ki, hər iki ölkə zəngin təbii sərvətlərə malikdir və əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı baza var.
İşçi qrupun rəhbəri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd edildi ki, bu münaqişə regionda sülh və sabitliyi ciddi təhdid altında saxlayır.
Park Cu-sun ölkələrimiz arasında dostluq münasibətlərinin 25 ildən artıq bir tarixə malik olduğunu, bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söylədi. Park Cu-sun Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza malik olmasının onları sevindirdiyini bildirdi, iki ölkə arasında mədəni, humanitar və turizm sahələrində əməkdaşlığın perspektivlərindən danışdı. O, Azərbaycanın ev sahibliyi etdiyi və iştirakçısı olduğu beynəlxalq tədbirlərdən məmnunluqla söz açdı, gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirməkdə maraqlı olduqlarını söylədi.
Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!