13 Oktyabr 2026 14:48
245
SİYASƏT
A- A+
Azərbaycan-Kamboca əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur  

Azərbaycan-Kamboca əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur  


“Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin inkişafı önəmli yer tutur. Belə ölkələrdən biri də Kamboca Krallığıdır. Oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri qarşılıqlı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir”.

 Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, Kamboca Krallığı Cənub-Şərqi Asiya yerləşən dövlətdir. Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1994-cü il dekabrın 28-də qurulub. Bu addım iki ölkə arasında siyasi dialoqun əsasını qoyaraq, gələcəkdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün zəmin yaradıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif region ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirib və Kamboca ilə diplomatik münasibətlərin qurulması da bu prosesin bir hissəsi olub. Bu münasibətlər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və əməkdaşlıq imkanlarını artırmağa xidmət edir.

Millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün böyük potensial mövcuddur. Bu gün  siyasi münasibətlər yüksək səviyyədədir və bu amil müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq imkanı verir. Baş nazirin səfəri çərçivəsində mübadilə edilən sənədlər də bunun göstəricisidir.

Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmasların intensivləşdirilməsi zərurətdir. Bu baxımdan, ticarət və sərmayə qoyuluşu sahələrində aparılan müzakirələr iqtisadi əlaqələrimizin genişləndirilməsinə töhfə verəcək. Çünki ölkələrimiz arasında ticarət dövriyyəsi hazırda aşağı səviyyədədir. Bu səfər zamanı  ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaradılması iqtisadi əlaqələrə böyük təkan verəcək.

Samir Vəliyev xatırladıb ki, keçmiş Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Cənab Prezidentin dediyi kimi, bu ənənə bərpa edilməlidir. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək. Müsbət haldır ki, Azərbaycan modeli olan “ASAN” xidmət Kambocada da maraq doğurur. Bu model Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir.

Deputat iki ölkənin parlamentləri arasında da yaxşı əlaqələrin olduğunu diqqətə çatdırıb. Belə ki, hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib.

“Bütün bunlar Asiyanın, o cümlədən Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu sübut edir” – deyə, millət vəkili vurğulayıb.


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Kamboca iqtisadi tərəfdaşlığı geniş perspektivlər vəd edir  

15:30
13 Oktyabr

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir  

15:14
13 Oktyabr

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

15:13
13 Oktyabr

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

15:11
13 Oktyabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

15:09
13 Oktyabr

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar  

15:07
13 Oktyabr

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib  

15:06
13 Oktyabr

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib  

15:05
13 Oktyabr

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub  

15:04
13 Oktyabr

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb  

15:02
13 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:01
13 Oktyabr

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB  

14:55
13 Oktyabr

Azərbaycan-Kamboca əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur  

14:48
13 Oktyabr

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır  

14:30
13 Oktyabr

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir  

14:28
13 Oktyabr

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək  

14:27
13 Oktyabr

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması  

14:19
13 Oktyabr

Laos Prezidenti Zəfər parkını ziyarət edib

14:01
13 Oktyabr

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib    

13:44
13 Oktyabr

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:01
13 Oktyabr

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib  

12:51
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!