15 Mart 2025 08:50
693
İQTİSADİYYAT
A- A+
Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığının perspektivləri genişdir

Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığının perspektivləri genişdir


Xəbər verildiyi kimi, Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes-forumu keçirilmişdir. 

Hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələrinin iştirak etdikləri biznes-forumda Azərbaycan və İspaniya arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib. Ölkələrimiz arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasında isə bərpaolunan enerji, sənaye, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq potensialı dəyərləndirilib. 

Forum ölkələrimiz arasında ikitərəfli əlaqələri gücləndirmək və əməkdaşlıq üçün yeni yolları araşdıran mühüm platforma kimi yadda qaldı. Qeyd edək ki, Azərbaycan dünyanın inkişaf etmiş və qabaqcıl ölkələrindən biri olan İspaniya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm tərəfdaş kimi əlaqə qurur. Xatırladaq ki, İspaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 

Bu gün Azərbaycanda biznes mühiti, iqtisadi münasibətlərə yanaşma əvvəlki kimi deyil. Daha doğrusu, əvvəlki illərlə müqayisədə indi daha real və praktik mövqeyin olduğunu görürük. Bu, təbii ki, biznes fəaliyyəti ilə məşğul olan hər kəsi sevindirir, istər yerli olsun, istərsə də əcnəbi. Xüsusən şəffaflıq və innovativ yeniliklərin tətbiqi ilə bağlı atılan addımlar təqdirəlayiqdir. Ona görə də İspaniya şirkətlərinin ölkəmizin biznes və investisiya  sahəsində  iştirakı üçün nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı və qida, maliyyə,  tekstil, yüngül sənaye, kimya və neft-kimya, turizm kimi sahələrlə qırılmaz əlaqələri var. Azərbaycan sərmayədarları üçün isə İspaniyada avtomobil, maliyyə, daşınmaz əmlak və istehsal istiqamətində investisiya perspektivləri mövcuddur.

İspaniyanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEI) elmi işçisi Xose Ventura Ballesterin ölkəsinin Azərbaycana enerji resurslarının şaxələndirilməsində, alternativ enerji mənbələrinin inkişafında və hasilatında kömək etmək potensialında olduğunu bildirmişdir. O, həmçinin dövlət idarəçiliyində yeni texnologiyaların tətbiqi sahəsində də İspaniyanın Azərbaycanla əməkdaşlığının mümkünlüyünü vurğulamışdır. Bu baxımdan, Azərbaycan-İspaniya biznes forumunun həmin əlaqələrin möhkəmləndirilməsinə yönəlməsi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın perspektivindən xəbər verir. Yeri gəlmişkən, qeyd edək ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin dəyəri 300 milyon dolları üstələmişdir. Amma bu, təbii ki, çox deyil. Ona görə də hazırda investisiya əməkdaşlığına xüsusi diqqət yetirilməklə iqtisadi əlaqələrin şaxələndirilməsi üzərində iş aparılır.

Bu mənada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun forumda səsləndirdiyi fikirlər ispaniyalı iştirakçıların marağına səbəb olub. O.Məmmədov demişdir: "Ötən il İspaniyaya məhsuldar səfərimiz olub. İspaniyanın Sənaye və Turizm Nazirliyi, Ticarət Palatası, İşəgötürənlər və Sənaye Konfederasiyası, İspaniya İxrac və İnvestisiya Təşkilatı, Milli İnnovasiya Şirkəti kimi qurumlarla ilkin əlaqələrimiz olub. Məhsuldar müzakirələr gələcək əməkdaşlığın əsasını qoyub və ümid edirik ki, ölkələrimizin bizneslərinə fayda verəcək birgə təşəbbüslər üzərində işləyəcəyik. KOBİA olaraq biz Azərbaycanda sahibkarlara və bizneslərə öz bizneslərini qurmaq, KOB-ların resurslara çıxışını təmin etmək, təlim və potensialın gücləndirilməsi proqramlarını asanlaşdırmaq kimi dəstək veririk. Əsas təşəbbüslərimizdən biri həm yerli, həm də xarici investorlar üçün "bir pəncərə" sistemi kimi nəzərdə tutulmuş dövlət xidmətlərini, biznesin qeydiyyatını və investisiyaların asanlaşdırılmasını sadələşdirən "KOB evi" modelidir. Artıq fəaliyyət göstərən 3 "KOB evi" ilə bu tipli biznesi qurmağı, inkişaf etdirməyi və idarə etməyi asanlaşdırır".

Forum iştirakçıları tədbirdə iki ölkənin biznes imkanları və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən, eləcə də qarşılıqlı maraq doğuran layihələrdən söz açıblar, bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Forumda həmçinin ölkələrimiz arasında bərpaolunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında imzalanan Anlaşma Memorandumunun iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsi baxımından əhəmiyyəti vurğulanıb.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!