01 May 2025 08:30
405
SİYASƏT
A- A+
Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi üçün tarixi imkan yaranıb

Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi üçün tarixi imkan yaranıb


"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini bir çox məqamlara görə tarixi səfər kimi qiymətləndirə bilərik. İlk növbədə, Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş partlayışa rəğmən, səfərin təxirə salınmaması Tehranın Bakı ilə yüksəksəviyyəli dialoqun ən tez vaxtda baş tutmasında maraqlı olduğunu göstərdi. Dövlət başçılarının səsləndirdikləri bəyanatlar, imzalanan sənədlər ikitərəfli münasibətlərdə artıq yeni mərhələnin başladığını söyləməyə əsas verir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın fikrincə, əvvəllər yaranmış bəzi narazılıqlara baxmayaraq, İran-Azərbaycan münasibətlərində hər zaman yaxın qonşuluq, ortaq tarix və mədəni irs mühüm rol oynayıb. Bu səfər zamanı hazırda dünyada müşahidə olunan geosiyasi və iqtisadi reallıqlar fonunda Bakı ilə Tehran münasibətləri uğurla davam etdirmək niyyətlərini açıqladı.

"Əslində, Azərbaycan bütün qonşularla, o cümlədən İranla əlaqələrin inkişafında daim maraqlı olub və bu siyasət bu gün də davam edir. Hətta 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə yaradılan 3+3 formatına İranın da cəlb olunması təsadüfi deyildi. Eyni zamanda Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatları da mövcuddur və onların təşəbbüskarı da məhz Prezident İlham Əliyevdir. Məlum olduğu kimi, 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşləri keçirilib. Budəfəki səfər zamanı prezidentlərin müzakirə etdikləri əsas məsələlərdən biri də nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu", - deyə K.Nurullayeva diqqətə çatdırıb.

Hər iki ölkənin "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini vurğulayan deputat bildirib: "Dövlətimizin başçısının dediyi kimi, bu, nəqliyyat dəhlizi yox, həm də Azərbaycan və İran ərazilərində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün kifayət qədər imkanlar var".

Onun sözlərinə görə, Qara dənizlə Körfəzi birləşdirən Araz dəhlizinə gəlincə, bu, həm də Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri isə İranla Azərbaycan arasında ticarət əlaqələrini gücləndirəcək.

"Azərbaycanın öz dəmir yolu infrastrukturunu yeniləməsi həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsir göstərir. Beləliklə, Pezeşkianın Bakı səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı. Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı 3-cü dövlətlərin müdaxiləsi yolverilməzdir. Bakı və Tehran bu cəhdlərin qarşısını birlikdə alacaq", - deyə Könül Nurullayeva qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!