Tenderdə katriclərin təchizatı sahəsində ixtisaslaşan peşəkar rezident mikro, kiçik və orta sahibkarlıq subyektləri, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet Portalına elektron imzaları ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyənlər 180 (yüz səksən) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına “Asan ödəniş” vasitəsilə köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər:
Emitent
Kapital Bank ASC Mərkəz filialı
Bank kodu: 200026
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. bIk: AIIBAZ2X
Alan
Azərbaycan İnvestisiya Holdinqi
VÖEN: 1702893761
H/H: AZ13AIIB38060019440818786102
İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderin iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);
4. Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
7. İddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);
9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq sublekti meyarlarına uyğun olması barədə arayış (Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir);
10. İddiaçının ilkin qeydiyyat sənəd
lərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
11. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
13. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
14. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
15. İddiaçının son 3 (üç) il ərzində oxşar müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
16. İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
17. Müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
Tender predmeti üzrə katriclər (11 adda, 222 ədəd) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 (bir) gün müddətində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanına təqdim olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
a) təqdim ediləcək malların dəyəri;
b) malların təqdim edilməsi müddəti.
İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 29 iyul 2021-ci il saat 17:00-dək tender təklifini və təklifin bank təminatını isə 06 avqust 2021-ci il saat 17:00-dək dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalında nəzərə alınmayacaqdır.
İddiaçıların təklifləri 09 avqust 2021-ci il saat 11:00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet Portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın formatı ilə dövlət satınalmalarının vahid internet Portalında tanış ola bilərlər.
Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.
İddiaçılar Tender komissiyasına Əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək sorğu verə bilər. Sorğu tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2 bank günü qalanadək cavablandırılır və bu cavab sorğu verənin ünvanı göstərilmədən tenderin Əsas şərtlər toplusunu almış bütün iddiaçılara göndərilir.
Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3-ə bərabərdir. Tenderdə iştirak etmək üçün təklif vermiş iddiaçıların sayı 3-dən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tenderin elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
İddiaçıların şikayət edəcəkləri pozuntu barədə xəbər tutduqları və ya xəbər tutmalı olduqları andan etibarən 15 bank günü ərzində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada şikayət vermək hüququ vardır.
Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar: Təşkilati-təminat departamentinin maddi-texniki təminat şöbəsinin müdiri vəzifəsini icra edən (Babək Amaşov, telefon: (012) 599-87-80, daxili nömrə: 2008, otaq № 311, elektron poçt ünvanı: [email protected]).
Qeyd. Tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır.
Tender komissiyası