11 Dekabr 2023 23:20
374
SİYASƏT
A- A+

Azərbaycan ilə Slovakiya arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib

 

Dekabrın 11-də xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak məqsədilə Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı nazir Ceyhun Bayramov Slovakiya nazirinə yeni təyinatla əlaqədar öz təbriklərini çatdırıb və fəaliyyətində uğurlar arzulayıb.

Diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında diplomatik təmsilçilik ilə özünü büruzə verən mövcud siyasi dialoq, qarşılıqlı səfərlər və təmasların münasibətlərimizin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Azərbaycan və Slovakiya arasında iqtisadiyyat-ticarət, enerji təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik elementləri müzakirə olunub.

Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.

İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Azərbaycan-Slovakiya əməkdaşlığı məmnunluqla qeyd olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Ermənistan ilə normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video