28 May 2025 09:00
549
CƏMİYYƏT
A- A+
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİİTA-nın idmançıları və məşqçi-müəllimləri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİİTA-nın idmançıları və məşqçi-müəllimləri ilə görüş keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları və məşqçi-müəllimləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və məşqçiləri qazanılan nailiyyətlərə görə təbrik edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətinin hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran Konfederasiya sədri ölkəmizin idman uğurlarından danışıb. Diqqətə çatdırılıb ki, aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur.

Gənc nəslin sağlamlığının təmin edilməsində, gənclərimizin Vətənə, xalqa layiqli övlad kimi yetişməsində idmanın əvəzsiz rolunu qeyd edən Konfederasiya sədri cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən birinin də məhz sağlam ruhlu, vətənpərvər gənclərimiz olduğunu vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkəmizdə həyata keçirilən uğurlu idman və gənclər siyasətinə töhfə verir, AHİİTA-nın idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar.

Sonra çıxış edən AHİİTA-nın direktoru Tural Qasımov idmançıların nəticələri barədə ətraflı məlumat verib.

Rumıniyada keçirilən 15-ci Avropa Karate Çempionatında qızıl medal qazanmış Fatimə Cəbrayılova diqqət və dəstəyə görə idmançılar adından təşəkkürünü bildirib və qarşıdakı yarışlara hazırlaşdıqlarını qeyd edərək, idmançıların qələbə əzmində olduqlarını bildirib. AHİİTA-nın boks və yunan-Roma güləşi üzrə məşqçi-müəllimləri - Ceyhun Rüstəmov və Akif Əliyev çıxış edərək dövlətimizin idman siyasətindən, AHİİTA-da idmançıların yetişməsi üçün yaradılan şəraitdən bəhs ediblər.

Sonda göstərdikləri yüksək nəticələrə görə idmançılara və məşqçi-müəllimlərə təşəkkürnamə və mükafatlar təqdim olunub.


Nərminə ƏSGƏROVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!