Azərbaycan Fransa zülmündən xilas olmaq istəyən xalqların himayədarıdır
"Bu günlər bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdir. Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdi. Ölkəmizə 110 ölkədən 700 nümayəndənin gəlməsi forumun mötəbərliyindən və nüfuzundan xəbər verirdi".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat bildirib ki, "Bakı Prosesi" dünyanın nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib: "Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması, hələ də bəzi Avropa dövlətlərinin neokolonializm siyasəti həyata keçirməsi və digər xalqlara müstəmləkə kimi yanaşmaları barədə danışdı. Dövlət başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı. Ekspertlər Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan bir lider olduğunu vurğuladılar".
Azərbaycanda mövcud olan tolerantlığın dünyaya bir nümunə olduğunu deyən Kamilə Əliyeva əlavə edib ki, ölkəmizdə müxtəlif dinə, dilə malik xalqların nümayəndələri bir ailə kimi yaşayırlar: "Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalara ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqlar öz Prezidentinin ətrafında sıx birləşdi. Onlar vahid vətənlərinin Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il Ermənistan işğalında olan torpaqlarını azad etdi".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti həyata keçirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına göz yumdular. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən qoşunlarının qeyd-şərtsiz çıxarılması barədə 4 qətnamə qəbul etsə də, buna səs verən dövlətlər sənədlərin icrası üçün heç bir iş görmədilər. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi qərarı da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə verilən böyük dəyərdir.
Müsahibimiz onu da qeyd edib ki, Azərbaycan həmişə dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşıb, digər dövlətlərin və xalqların azad, müstəqil yaşamaq hüquqlarına malik olmaları siyasətini həyata keçirir: "Bəzi Qərb dövlətləri, xüsusən Fransa XXI əsrdə də müstəmləkəçilik, neokolonializm siyasəti həyata keçirir. Azərbaycan Fransa müstəmləkəsindən əziyyət çəkən dövlətlərlərə və xalqlara dəstək olur. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu və davamlı tədbirlər həyata keçirir. Fransa müstəmləkəsindən əziyyət çəkən dövlət və xalqlar Azərbaycan dövlətini özlərinin ən böyük dəstəkçisi hesab edirlər və Qərb müstəmləkəsinə qarşı mübarizə aparırlar".
Kamilə Əliyeva həmçinin vurğulayıb ki, forumdakı çıxışı ilə Prezidentimiz Azərbaycanın müstəmləkəyə, neokolonializmə qarşı çıxan, tolerantlıq dəyərlərinə hörmətlə yanaşan bir dövlət olduğunu dünyaya bir daha nümayiş etdirdi.
N.QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18 May
18 May - Beynəlxalq Muzeylər Günüdür
18 May
Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir
18 May
BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb ...
18 May
Sankt-Peterburqda XXVII Beynəlxalq İqtisadi Forum keçiriləcək
18 May
Fərdi yaradıcılıq sərgisi açılıb
18 May
"Uzundərə" xalq rəqsi
18 May
Ana dilimizin ruhunu, müqəddəsliyini qoruyan alim
18 May
Azərbaycan xalçaları Riqada ilk dəfə sərgilənib
18 May
Yazıçının əbədiyyət ünvanı
18 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!