Azərbaycan Ermənistanla müharibə aparmaq istəmir
Delimitasiya və demarkasiya sülhə gedən yolda bir prosesdir
"Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına başlanılması müsbət bir hadisədir. Tərəflərin vasitəçisiz bu işi həyata keçirmələri bir daha göstərir ki, xoş niyyət olacağı təqdirdə prosesi uğurla yekunlaşdırmaq mümkündür".
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanla qətiyyən müharibə aparmaq istəmir, dövlətin və millətin əsas diqqəti işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, infrastrukturun yaradılmasına və sakinlərin dədə-baba torpaqlarına qaytarılmasına yönəlib. Eyni zamanda Azərbaycan dövləti bütün qonşuları ilə normal münasibətlər saxlayır və Ermənistanla da belə əlaqələrin olmasında maraqlıdır. Xalqımıza ermənilərlə düşmənçilik etmək lazım deyil.
Komitə sədrinin müavini qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası sülhə gedən yolda bir prosesdir. Ola bilər ki, tərəflər bir konfransa toplaşarlar və orada sülh sazişi imzalayarlar. "Beləliklə, həmin konfransın gedişində yaradılmış bir neçə komissiya sərhədlərin delimitasiyasını həyata keçirər, bu məsələləri yerində icra edər. Digər bir yol ondan ibarətdir ki, tərəflər sülh və ya çərçivə sülh sazişi imzalaya bilərlər. Delimitasiya və demarkasiya prosesi uzun zaman apara bilər. Buna dair çoxlu təcrübələr var. Amma ən yaxşı yol odur ki, tərəflər konfransda qarşılıqlı məsələləri müzakirə etsinlər. Konfrans davam edərkən yaradılmış bir neçə komissiya sərhədləri müəyyənləşdirir və gəlib məruzə edirlər. Həm komissiya üzvləri, həm də yekunda bütövlükdə tərəflər sərhədlərin delimitasiyasına dair razılığı imzalayırlar. Məsələ bununla da bitər. Hər şey Ermənistan tərəfindən asılıdır", - deyə o əlavə edib.
Müsahibim bildirib ki, etnoqrafik sərhədləri müəyyənləşdirmək həmişə çətin olub. Təsadüfi amillərlə sərhədləri müəyyənləşdirmək olmaz. Azərbaycanın Ermənistana heç bir ərazi iddiası olmadığını deyən Musa Qasımlı xatırladıb ki, bunu Prezident İlham Əliyev dəfələrlə bildirib: "Ən yaxşı yol sürətli şəkildə sülh sazişinin imzalanması, eyni zamanda delimitasiya və demarkasiyanın həyata keçirilməsidir. Ermənistanın reallığı qəbul etməsi gərəkdir. Yolların bağlı qalması Ermənistana nə fayda verir? Onlar düşünməlidirlər ki, 1988-ci ildən bəri Azərbaycana qarşı düşmənçilik edərək nə əldə ediblər? Mehriban qonşuluq ən yaxşı yoldur. Ermənistan nəhayət Azərbaycanla mehriban qonşu olmalıdır".
Musa Qasımlı hesab edir ki, proses belə davam edərsə, çərçivə sülh sazişinin imzalanması imkanları çoxdur.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə İrana xilasedici qruplar göndərib
19 May
Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir
19 May
Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb ...
19 May
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı p...
19 May
İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə ged...
19 May
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB
19 May
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər...
19 May
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
19 May
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən bi...
19 May
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!