16 Fevral 2025 08:10
1300
SİYASƏT
A- A+
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır


Afrika ölkələri ilə də əməkdaşlığımız genişlənir


Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici və daxili siyasət nəticəsində ölkəmizin dünyada dostları getdikcə çoxalır. Bu gün islam coğrafiyasında, türk dünyasında və bir çox Avropa ölkələrində Azərbaycana dərin hörmət bəslənilir, diqqət göstərilir. 

Zaman keçdikcə Azərbaycanın Afrika ölkələri ilə də dostluq və əməkdaşlığı inkişaf edir, sürətli yaxınlaşma müşahidə olunur. Coğrafi məkan baxımından Şərq və Qərb regionunda yerləşsək də rəsmi Bakı Afrika qitəsindəki ölkələrlə əlaqələrin qurulmasına və inkişaf etdrilməsinə diqqət və maraq göstərir. Bu isə qarşıdakı illərdə əməkdaşlıq üçün böyük uğurlar vəd edir. Başqa sahələrlə yanaşı dəniz ticarəti baxımından Afrika çox cəlbedici bir regiondur. Yer üzünün ən uzun çayı, Şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. 

Uzun illər Afrika ölkələri müstəmləkəçilik siyasəti yürüdən böyük dövlətlər tərəfindən istismar edilirdi. XX əsrin əvvəlindən isə Afrikada milli-azadlıq hərəkatı alovlanmağa başladı. Getdikcə artan soyğunçuluqdan və amansız istismardan təngə gəlib son dərəcə ümidsiz vəziyyətə düşən Afrika xalqları müstəmləkə əsarətindən qurtulub azadlığa qovuşmaq üçün dəfələrlə silahlı mübarizəyə qalxmışlar. Afrikada müstəmləkəçiliyə qarşı mübarizənin yeni dalğası başlayıb. Bu mübarizə dalğası əvvəlkindən də güclüdür. Artıq Fransa uzun illər istismar etdiyi Afrika ölkələrindən qovulur. Azərbaycan qitənin ayrı-ayrı ölkələrində Fransanın qatı müstəmləkəçilk siyasətinin ifşa olunmasında mühüm rol oynayır və xalqların azadlıq mübarizəsinə güclü dəstək verir. Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə ardıcıl siyasi dəstək verməsini Afrika xalqları böyük  minnətdarlıqla qəbul edir, ölkəmizlə əməkdaşlıq etməyə yüksək maraq göstərirlər.

Bənzərsizliyi ilə dünyanın diqqətini özünə cəlb edən Afrika ölkələrinin son illərdə Azərbaycana marağı artıb. Təbiidir ki, ölkələr həmişə özlərinə etibarlı tərəfdaş axtarır, dostluq və əməkdaşlıq etməyə can atırlar. Afrika ölkələrinin də respublikamızla əməkdaşlığa çalışması Azərbaycanın qısa müddət ərzində keçdiyi heyrətamiz inkişaf yolu ilə bağlıdır. Bu gün respublikamız dünyada sabitlik və inkişaf ölkəsi kimi tanınır. Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir, siyasi nüfuzu və gücü artır. Təbiidir ki, bütün bunlar müstəqillik yolunda ilk addımlarını atan Afrika dövlətlərinin də diqqətini özünə cəlb edir. Buna görə də onlar ölkəmizlə qarşılıqlı əməkdaşlığa üstünlük verirlər.

Azərbaycan Afrika ölkələrinin təhsil sahəsindəki inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Həmçinin ölkəmiz Afrika dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün biznes-forumlar və sərgilər təşkil edərək, onların qlobal bazarlara inteqrasiyasını dəstəkləyir. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına əlverişli zəmin yaradır. Bütün bunları nəzərə alıb demək olar ki, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər artan  templə inkişaf edir. 

Afrika ölkələrindən biri olan Konqo Respublikası ilə də Azərbaycan arasında diplomatik əlaqələr xeyli inkişaf edib. Bu Afrika ölkəsi ilə əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu Yorkda imzalanmış Birgə Kommünike əsasında qurulub. İndiyədək Azərbaycanla Konqo Respublikası arasında ikitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Həmçinin  Qoşulmama Hərəkatı (QH)  Azərbaycanla bir sıra Afrika ölkələrini, o cümlədən də Konqo Respublikasını bir araya gətirən mühüm platformadır. Ölkəmizin təşəbbüsləri Konqo Respublikası tərəfindən həmişə dəstəklənib.   

Azərbaycan ilə Afrika ölkəsi olan Somali arasında diplomatik əlaqələr 2004-cü il martın 22-də təsis edilib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra, xüsusilə son illərdə Azərbaycan-Somali əlaqələri yüksələn xətlə inkişaf edib. Kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, "yaşıl enerji", humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensialın olması iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. Bu sahələrdə qarşılıqlı əlaqələrin və təcrübə mübadiləsinin təşkili xüsusi əhəmiyyətə malikdir. Qarşılıqlı əməkdaşlığı daha da genişləndirir, dostluq münasibətlərini dərinləşdirir.

Somali Prezidenti Hasan Şeyx Mahmudun bu il fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi ölkələr arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Rəsmi Bakı ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə daim sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da genişləndirir. Belə xoş  münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına yeni töhfələr verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.

Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin genişləndirilməsi və dərinləşdirilməsi dövlətimizin başçısı İlham Əliyevin gələcəyə hesablanmış uzaqgörən, müdrik daxili və xarici siyasətinin nəticəsidir. Afrika ölkələri ilə əlaqələrin genişlənməsi həm Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi tanıdır, həm də dövlətimizin gücünü, qüdrətini və nüfuzunu artırır. Daim artan bu güc, qüdrət və nüfuz Azərbaycana yeni tərəfdaş ölkələr qazandıracaq, dünya ilə əlaqələrini daha da genişləndirəcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!