02 İyul 2025 08:35
520
SİYASƏT
A- A+
Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, vətəndaşının yanındadır

Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, vətəndaşının yanındadır


Rusiya Federasiyasının Yekaterinburq şəhərində xüsusi xidmət orqanı tərəfindən azərbaycanlılara qarşı törədilmiş terror bu gün yerli və beynəlxalq mətbuatın daha çox diqqət verdiyi aktual mövzudur. 

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanması ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat verib. 

Bəyanatda ölkəmizin Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırma aparılmasını tələb etməsi və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsi xüsusi vurğulanıb. 

İşin təəccüblü tərəfi budur ki, Rusiya hüquq-mühafizə orqanları baş verən terror hadisəsinə düz-əməlli "don" geyindirə bilmirlər. İddia edilir ki, "keçirilən əməliyyat keçmiş illərdə baş vermiş cinayət işinin araşdırılması məqsədi"ni daşıyır. Digər təəccüblüsü isə amansızlıqla qətlə yetirilənlərin və işgəncələrə məruz qalanların bəzilərinin Rusiya Federasiyasının vətəndaşları olmalarıdır. Şübhəsiz ki, həmin şəxslərin ünvanları hüquq-mühafizə orqanlarına və onları ora istiqamətləndirənlərə bəlli idi. Belə olan halda sual  yaranır: keçmiş illərdə baş vermiş hansısa cinayətə görə "şübhəli" şəxsləri  qanunamüvafiq formada izahat vermək üçün istintaq orqanlarına dəvət etmədən yaşadıqları  mənzillərə basqın etmək nəyə xidmət edir? 

Birmənalı olaraq qəbulediləndir ki, kiməsə qarşı ədalətsizlik olubsa, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Ədalətsizliyə qarşı ədalətsiz davranmaq ədalətsizliyə bəraət  qazandırmaqdır. Rusiya tərəfinin əməliyyatın keçirilməsi üçün iddia etdiyi "fakt" 2001-ci ildə Səfərov qardaşlarının kafesində baş verib. Şübhəsisz ki, o zaman baş verən cinayət işi ilə bağlı istintaq da illər öncə aparılıb. 24 ildən sonra "FSB" yuxusunda nə görüb ki, bir gecədə hərəkətə keçərək müxtəlif ünvanlarda yaşayan azarbaycanlıların mənzillərinə basqın edib onları qətlə yetirir, işgəncə verir. Deyək ki, bu cinayət hadisəsi baş verib, illərdən sonra kimlərinsə bu cinayət işində əli olduğu istintaqa bəlli olub. Hətta belə olduğu halda bu cür vəhşi davranışın, nifrətin, kinin arxasında hansı məqsəd durur? 

Bir neçə il öncə Rusiya rəhbərliyində təmsil olunan şəxslər azərbaycanlıların nəzarətində olan "Pakrovsk" bazarını bağladıb, özləri yeni bazar açmaq istəyiblər. Sağlam rəqabət aparmaq əvəzinə "FSB"nin təşkilatçılığı ilə bazarda bir azərbaycanlı rus millətindən olan bir nəfəri bıçaqla qətlə yetirmişdi. Hadisədən dərhal sonra o, həbs olunaraq birbaşa Rusiya daxili işlər nazirinin otağına gətirilərək telekanallar vasitəsilə bütün dünyaya nümayiş etdirildi. O zaman Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya televiziyalarında çıxış edərək hadisəyə münasibət bildirdi. "Dava bazar davasıdırsa, sizin olsun. Başqa oyuna ehtiyac yoxdur. Əgər bir azərbaycanlı bir rusla Rusiyanın kosmik raket istehsal edən zavodunda dava etsəydi, Rusiya hökuməti raket istehsal edən zavodu da  bağlayardımı?" Daha sonra səfir aparıcını fakt qarşısında qoydu: "Bu gün Rusiya Federasiyasında rus millətindən olan 63 nəfər bir-birini bıçaqlayaraq öldürüb. Onları niyə televiziyalarınızda nümayiş etdirmirsiniz?"

Rusiya hansı ölkəyə təzyiq etmək istəyirsə, miqrant məsələsindən "beşəlli" yapışır. Aydın məsələdir ki, bu, hansısa "cinayət işi"nin araşdırılması yox, miqrantlara və qeyri-ruslara qarşı şovinist, diskriminasiya, milli ayrı-seçkilik siyasətinin tərkib hissəsidir. O səbəbdən Yekaterinburq hadisəsinin məhz indi baş verməsinin əsas səbəbi Azərbaycanın dünyadakı nüfuzu, müstəqil siyasət yürütməsi, heç kimin və heç bir dövlətin təsir dariəsinə düşməməsidir. 

Yekaterinburq vəhşiliyini ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasının davamı kimi də qiymətləndirmək olar. Baş vermiş bu dəhşətli cinayətlə bağlı rəsmi Bakının konkret tələbləri hələ də aktualdır.  Xatırladaq ki, Rusiya tərəfi təyyarənin vurulması faktını gizlətməyə çalışsa da, cinayəti ört-basdır edə bilməmiş və bundan sonra Azərbaycanın tələblərindən imtina etməsi üçün təzyiq siyasəti də daxil olmaqla müxtəlif yollara əl atmışdır.

İndi də belədir. Yekaterinburqda baş verən hadisələrlə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Rusiya ilə bağlı bütün mədəni tədbirləri ləğv etməsinə Moskvanın təəssüf hissi keçirdiyini bildirib. O, iyunun 30-da keçirilmiş brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib: "Bakı tərəfindən Rusiya xətti üzrə tədbirlərin ləğvi ilə bağlı qəbul edilmiş qərarlara görə Moskva təəssüf edir". Amma təəssüf etmək azdır, belə hadisələrin baş verməməsi üçün konkret tədbirlər görmək, xoş məram nümayiş etdirmək lazımdır. 

Azərbaycanda rus mədəniyyət tədbirlərinin ləğvi və digər qərarlar 44 günlük Vətən müharibəsindən sonrakı siyasi-iqtisadi nizamda ölkəmizin müstəqil qərarlar vermək əzmini əks etdirir. Azərbaycan dövləti üçün milli maraqlar hər şeydən üstündür. Bu yerdə Dünya Azərbaycanlılarının III Qurultayında Prezident İlham Əliyevin dediyi sözləri xatırlamaq yerinə düşər: "Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər". 

Bu gün Azərbaycan dövləti qətiyyət və prinsipiallıq nümunəsi göstərərək dünyanın harasında yaşamasından asılı olmayaraq, vətəndaşlarının hüquqlarının qarantı olduğunu nümayiş etdirir. Bu, heç də təsadüfi deyil. Yalnız özünəməxsus ideologiyası olan dövlət xalqın dövləti ola bilər. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasıdır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!