21 İyul 2020 00:27
2523
ELANLAR
A- A+
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə onlayn sənəd qəbulu elan edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə onlayn sənəd qəbulu elan edir


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu onlayn olaraq aparılacaq.

Qəbul aşağıdakı ixtisaslar üzrə əyani və qiyabi təhsil forması üzrə aparılır:

* Maliyyə və kredit;

* Mühasibat uçotu, təhlil və audit;

* Dünya iqtisadiyyatı;

* Ümumi iqtisadiyyat.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qanunverciliyinə uyğun olaraq Vahid Dövlət İmtahanı (EQG) əsasında qəbul edilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

Sənədlər aşağıdakı tarixlərdə onlayn şəkildə qəbul edilir:

Əyani tədris forması üzrə büdcə hesabına plan yerlərinə:

- Vahid Dövlət İmtahanı (EQG) nəticələrinə əsasən, 20 iyul - 26 avqust 2020-ci il tarixlərədək;

- Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyul - 20 avqust 2020-ci il tarixlərədək.

Əyani tədris forması üzrə ödənişli plan yerlərinə:

- Vahid Dövlət İmtahanı (EQG) nəticələrinə əsasən, 20 iyul - 26 avqust 2020-ci il tarixlərdə;

- Filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyul - 20 avqust 2020-ci il tarixlərədək.

Qiyabi tədris forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu Vahid Dövlət İmtahanı (EQG) və filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyul-26 oktyabr 2020-ci il tarixlərdə aparılacaq.

Müraciət üçün sənədlər aşağıdakı keçiddən (http://unec.edu.az/derbend-qebul/)

daxil olunaraq onlayn təqdim edilir:

- Qəbul üçün xüsusi ərizə;

- Attestatın rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;

- Şəxsiyyəti təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;

- Sağlamlıq haqqında arayış (rus dilində tərcümə edilmiş);

- Foto (3/4 ölçüdə, 5 ədəd).

Qəbul barədə ətraflı məlumatı UNEC-in rəsmi saytından http://unec.edu.az/admission11/ və UNEC Dərbənd filialından rəsmi saytından - www.ageu-derbent.ru əldə etmək mümkündür.

Əlavə məlumat üçun əlaqələndirici şəxs: dos. Mahir Mehdiyev.

Telefon: 00 99450-318-40-32.

Email: [email protected]

Rektorluq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!