Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili
üçün bakalavr təhsili üzrə abituriyent qəbulu onlayn olaraq aparılacaq.
Qəbul aşağıdakı
ixtisaslar üzrə əyani və qiyabi təhsil forması üzrə aparılır:
* Maliyyə və kredit;
* Mühasibat uçotu, təhlil və audit;
* Dünya iqtisadiyyatı;
* Ümumi iqtisadiyyat.
Təhsil üzrə
plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir.
Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.
Rusiya Federasiyasının
vətəndaşları Rusiya Federasiyasının mövcud qanunverciliyinə uyğun olaraq Vahid Dövlət
İmtahanı (EQG) əsasında qəbul edilir.
Azərbaycan
Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya
fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.
Sənədlər aşağıdakı
tarixlərdə onlayn şəkildə qəbul edilir:
Əyani tədris
forması üzrə büdcə hesabına plan yerlərinə:
- Vahid Dövlət
İmtahanı (EQG) nəticələrinə əsasən, 20 iyul - 26 avqust 2020-ci il tarixlərədək;
- Filial tərəfindən
təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyul - 20 avqust
2020-ci il tarixlərədək.
Əyani tədris
forması üzrə ödənişli plan yerlərinə:
- Vahid Dövlət
İmtahanı (EQG) nəticələrinə əsasən, 20 iyul - 26 avqust 2020-ci il tarixlərdə;
- Filial tərəfindən
təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən, 20 iyul - 20 avqust 2020-ci il tarixlərədək.
Qiyabi tədris
forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu Vahid Dövlət İmtahanı (EQG) və
filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyul-26
oktyabr 2020-ci il tarixlərdə aparılacaq.
Müraciət üçün
sənədlər aşağıdakı keçiddən (http://unec.edu.az/derbend-qebul/)
daxil olunaraq
onlayn təqdim edilir:
- Qəbul üçün
xüsusi ərizə;
- Attestatın
rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Şəxsiyyəti
təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Sağlamlıq
haqqında arayış (rus dilində tərcümə edilmiş);
- Foto
(3/4 ölçüdə, 5 ədəd).
Qəbul barədə
ətraflı məlumatı UNEC-in rəsmi saytından http://unec.edu.az/admission11/ və UNEC Dərbənd filialından rəsmi saytından -
www.ageu-derbent.ru əldə etmək mümkündür.
Əlavə məlumat
üçun əlaqələndirici şəxs: dos. Mahir Mehdiyev.
Telefon:
00 99450-318-40-32.
Email: [email protected]
Rektorluq