Azərbaycan diplomatiyasının növbəti uğuru
Koronavirus pandemiyası ilə bağlı dünyada gedən proseslər göstərir ki, yoluxucu xəstəliyin qarşısının alınması və yaranmış vəziyyətdən çıxış yolunun tapılması üçün qlobal xarakterli birgə tədbirlərin görülməsinə ehtiyac var.
Hələ CovId-19-un yayılmağa başladığı ilk dövrlərdə Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini nəzərə almış və onun təşəbbüsü ilə 2020-ci il aprelin
10-da Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilmişdir. Bu tədbirin tarixi-siyasi əhəmiyyəti ondadır ki, dünyada ilk dəfə olaraq beynəlxalq təşkilat çərçivəsində, dövlət başçılarının iştirakı ilə bəşəriyyəti narahat edən CovId-19-un fəsadları, onun insanların sağlamlığına və ölkələrin sosial-iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlər müzakirə edilmişdir.
Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun 2020-ci il mayın 4-də keçirilmiş Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqı və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmiş, tədbirdə pandemiyaya qarşı mübarizədə dünya ölkələri arasında əməkdaşlıq məsələsi müzakirə olunmuşdur. Prezident İlham Əliyev bu mötəbər tədbirdə çıxış edərək, pandemiya ilə mübarizədə qlobal həmrəyliyin yaradılması üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifini irəli sürmüşdür.
Bu təklifi Qoşulmama Hərəkatının üzv dövlətləri yekdilliklə dəstəklədikdən sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşkilatın Baş katibi Antonio Quterreşə müraciət etmişdir. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları”na uyğun olaraq, bütün üzv ölkələrə müraciət edib 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə münasibət bildirmələrini xahiş etmişdir. Qaydalara görə, BMT-yə üzv ölkələrin 97-si təşəbbüsü dəstəklədiyi halda xüsusi sessiya təşkil olunmalıdır. Hələ göstərilən müddətin bitməsinə qədər 130-dək dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi beynəlxalq birliyin Azərbaycana böyük etimad və inam göstərməsindən irəli gəlir.
Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı apardığı siyasət yalnız ölkəmizin deyil, həm də qlobal səviyyədə beynəlxalq ictimaiyyətin maraqlarını ifadə edir. Fikrimizcə, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi CovId-19-la mübarizədə beynəlxalq həmrəylik yaradaraq, pandemiyaya qarşı sistemli və mütəşəkkil tədbirlərin görülməsinə əhəmiyyətli təsir göstərəcək. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizə sahəsində atdığı addımların əhəmiyyətini və dünya dövlətləri arasında həmrəyliyin yaranması istiqamətindəki fəaliyyətinin müsbət nəticələrini beynəlxalq ictimaiyyət öz həyatında hiss edəcəkdir.
Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizəyə qlobal təhlükəsizlik məsələsi kimi yanaşır və bu məqsədlə praktiki tədbirlər görür. Hazırda CovId-19 insanların sağlamlığına və həyatına ciddi təhlükə olmaqla yanaşı, dünya ölkələri üçün sosial-iqtisadi və humanitar problemlər yaratmışdır. Ölkəmiz pandemiyaya qarşı mübarizədə qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan çox dövlətə humanitar yardım göstərmişdir.
Dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər sübut edir ki, Azərbaycan yalnız özünün deyil, həm də dünya əhalisinin sağlamlığı ilə bağlı təhlükəsizliyin təmin olunmasına çalışır. Ölkəmiz həmişə beynəlxalq əməkdaşlığın möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun, qlobal xarakter daşıyan tədbirlərin keçirilməsində yaxından iştirak etmiş, pandemiya ilə mübarizədə də beynəlxalq həmrəyliyin vacib olmasını nəzərə alıb bu istiqamətdə fəal siyasət aparır.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!