Azərbaycan Diplomatik Akademiyasında Respublika Günü münasibətilə xeyriyyə şənlik yarmarkası təşkil edilmişdir
Mayın 27-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) xeyriyyə məqsədilə şənlik-yarmarka təşkil edilmişdir. AzərTAc xəbər verir ki, 28 may - Respublika Günü münasibətilə təşkil edilmiş tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin yaradıcı şagirdlərinin əl işlərinin sərgisi ilə yanaşı, akademiyanın bir sıra tərəfdaş təşkilatlarının da məhsullarının satışı həyata keçirilmişdir.
Mərasimdə ADA-nın Marketinq və kommunikasiya departamentinin rəhbəri Şəfəq Mehrəliyeva çıxış edərək bildirmişdir ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşu olan AXC xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Diqqətə çatdırılmışdır ki, xalqımızın tarixində mühüm yer tutan AXC-nin yaranma tarixini ADA özünəməxsus formada qeyd etməyi qərarlaşdırmışdır. Gün ərzində burada təşkil edilmiş şənlik-yarmarkadan əldə edilən bütün gəlir əlil vətəndaşların dəstəklənməsinə sərf olunacaqdır.
Tədbirdə 3 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Bahar Kərimova bildirmişdir ki, ADA yarandığı gündən daim sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı istiqamətində mühüm işlər görməkdədir. Bu gün ADA-da 15 şagirdin 50-dən çox əl işinin satış-sərgisi təşkil edilmişdir. Sərgidən əldə olunacaq gəlir həmin uşaqlara veriləcəkdir. Eyni zamanda bu uşaqlar hazırda ADA-nın nəzdində fəaliyyət göstərən tibb məntəqəsində pulsuz stomatoloji və terapevt müayinəsindən keçirlər. Dövlət Sərhəd Xidməti hərbi hospitalının həkimlərinin çalışdıqları bu tibb məntəqəsinin qapıları həmişə bu uşaqların üzünə açıqdır.
Məktəbin direktoru göstərilən diqqətə və qayğıya görə ADA-nın rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonra ADA-nın rektoru professor Hafiz Paşayev və digər iştirakçılar yarmarka və əl işlərindən ibarət sərgi ilə yaxından tanış olmuşlar.
Azərbaycan Diplomatik Akademiyasının rektoru 3 nömrəli respublika xüsusi internat məktəbinin şagirdləri ilə də görüşmüşdür.
Günün ikinci yarısında isə akademiyada uşaqlar üçün əyləncə proqramı təşkil edilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!