11 Noyabr 2026 11:15
190
İQTİSADİYYAT
A- A+
“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb


Cari ilin yanvar-oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yük daşımaları üzrə artım dinamikasını davam etdirib. Bu dövrdə tranzit daşımaların, Çindən qəbul edilən blok-qatarların və Astara Terminalında və Bakı Limanında aşırılan yüklərin həcmində əhəmiyyətli artım qeydə alınıb.

ADY-dən bildirilib ki, bu ilin 10 ayında “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 15 milyon 691 min ton yük daşınıb. Bu, 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 13 milyon 911 min tonla müqayisədə 13 faiz çoxdur. Təkcə oktyabr ayında yükdaşımaların həcmi 1 milyon 714 min tona çataraq ötən ilin eyni ayına nisbətən 22 faiz artıb.

Tranzit yükdaşımalarında da müsbət dinamika müşahidə olunub. Yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib ki, bu da illik müqayisədə 20 faiz artım deməkdir. Oktyabr ayında isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz yüksəkdir.

Konteyner daşımaları üzrə də artım qeydə alınıb. Cari ilin 10 ayında ADY tərəfindən 132 min 500 TEU konteyner daşınıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 112 min 400 TEU ilə müqayisədə 18 faiz artım deməkdir. Oktyabr ayında isə konteyner daşımalarının həcmi 16 min 200 TEU təşkil edərək ötən ilin eyni dövrünə nisbətən 67 faiz artıb.

Çin istiqamətindən blok-qatarların qəbulunda da əhəmiyyətli artım əldə olunub. 2026-cı ilin 10 ayında Çindən 472 blok-qatar qəbul edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Astara Terminalında həm aylıq, həm də 10 aylıq yükaşırma göstəriciləri üzrə ən yüksək nəticələr əldə edilib. Cari ilin yanvar-oktyabr aylarında terminalda 753 min 614 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövründəki 550 min 210 tonla müqayisədə 37 faiz artım deməkdir. Oktyabr ayında isə terminalda 122 min 216 ton yük aşırılaraq aylıq ən yüksək nəticə müəyyən edilib. Bu göstərici 2025-ci ilin oktyabr ayına nisbətən 65 faiz çoxdur.

Bakı Beynəlxalq Dəniz Limanında da tarixi maksimum nəticə əldə olunub. Cari ilin 10 ayında limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, limanda konteyner aşırmaları üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Konteyner aşırılmasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənaye sektorunda 58 milyard manatdan çox məhsul istehsal edilib

11:35
11 Noyabr

"ASAN xidmət"in tətbiqi ilə bağlı daha 3 memorandum imzalanıb

11:34
11 Noyabr

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

11:33
11 Noyabr

Azərbaycanın xarici dövlət borcu azalıb

11:31
11 Noyabr

Azərbaycanda ÜDM 1,7 faiz artıb

11:18
11 Noyabr

Rusiyanın Smolensk vilayətinə dron hücumları nəticəsində iki nəfər ölüb

11:18
11 Noyabr

Pirşağı-Novxanı-Xırdalan-M-4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb  

11:17
11 Noyabr

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb

11:15
11 Noyabr

Dünya birjalarında qızıl və gümüş bahalaşıb

11:14
11 Noyabr

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir

11:01
11 Noyabr

Birjalarda neft bahalaşıb

11:00
11 Noyabr

ABŞ Qida və Dərman Administrasiyası arıqlama iynələri ilə bağlı xəbərdarlıq edib  

10:44
11 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:02
11 Noyabr

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

09:42
11 Noyabr

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

09:32
11 Noyabr

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

09:21
11 Noyabr

Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib

09:13
11 Noyabr

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib  

09:01
11 Noyabr

Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik

23:40
10 Noyabr

Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib

22:38
10 Noyabr

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

21:21
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!