06 Avqust 2025 00:32
8437
Fərmanlar
A- A+
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Sərəncamının ləğv edilməsi barədə

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Sərəncamının ləğv edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Tarixi "İpək yolu"nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 612 (Cild I) 5-ci və 6-cı hissələrində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti," sözləri "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478 (Cild I); 2024, № 2, maddə 150) 2.13-cü bəndində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1383) ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"nin 8.15-ci bəndində ", Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti" sözləri "və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

4. "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli   945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474 (Cild I); 2024, № 2, maddə 152) 3.2-1-ci bəndində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1127 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi"ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru";

5.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" abzası ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 11, maddə 1196) ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nın 5-ci hissəsi ləğv edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 299 (Cild I) ilə təsdiq edilmiş "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair Tədbirlər Planı"nın 10-cu hissəsinin "İcraya məsul" sütunundan ", Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti" sözləri çıxarılsın.

8. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 723 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru";

8.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" abzası ləğv edilsin. 

9. "Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 725 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru";

9.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri ilə əvəz edilsin. 

10. "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1134 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru";

10.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" abzası ləğv edilsin. 

11. "Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 650 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

11.1. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru";

11.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" abzası ləğv edilsin. 

12. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1148 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

12.1. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru";

12.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" abzası ləğv edilsin.

13. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563 (Cild I) 2-ci və 3-cü hissələri ləğv edilsin.

14. "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 101 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

14.1. "Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru";

14.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru" abzası ləğv edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081 (Cild I); 2024, № 2, maddə 150) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 4.1.12-ci yarımbənddə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" sözləri "Azərbaycan Dəmir Yolları" sözləri ilə əvəz edilsin;

15.2. strategiyaya Əlavə 2 - "Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli" üzrə:

15.2.1.  7-ci hissənin "Əsas" sütununda "BBDTL" akronimi "ADY" akronimi ilə əvəz edilsin;

15.2.2. 14-cü və 17-ci hissələrin "Dəstək" sütununda "BBDTL" akronimi "ADY" akronimi ilə əvəz edilsin;

15.3. "İxtisarlar" hissəsində "BBDTL - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" sözləri "ADY - Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

16. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 316 (Cild I); 2024, № 2, maddə 161) 3-cü və 3-1-ci hissələri ləğv edilsin.

17. "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1872 (Cild I); 2024, № 1, maddə 61) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

17.1. "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinın (AZCON-un) icraçı direktoru";

17.2. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru" abzası ləğv edilsin. 

18. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının  2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın "7. Tədbirlər planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

18.1. 1.1.10-cu yarımbəndin 7-ci abzasının "Digər icraçılar" sütununa "VXSİDA," akronimindən sonra "AZCON," akronimi əlavə edilsin;

18.2. 1.1.11-ci yarımbənd üzrə:

18.2.1.  2-ci abzasın "Əsas icraçı orqan (qurum)" sütununda "BBDTL" akronimi "ADY" akronimi ilə əvəz olunsun və həmin abzasın "Digər icraçılar" sütununa "İN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

18.2.2. 5-ci abzasın "Digər icraçılar" sütununda "BBDTL" akronimi "AZCON" akronimi ilə əvəz edilsin;

18.3. 1.1.17-ci yarımbəndin 2-ci abzasının "Digər icraçılar" sütununa "AZCON" akronimi əlavə edilsin;

18.4. "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsinə "AİH Azərbaycan İnvestisiya Holdinqi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"AZCON" Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)".

19. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli 4179 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1549 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"nın "8. Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

19.1. 8.1.1-ciyarımbəndin "Digər icraçılar" sütununa "RİNN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

19.2. 8.1.4-cü yarımbəndin "Digər icraçılar" sütununa "DSX" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

19.3. 8.1.6-8.1.8-ci yarımbəndlərin "Digər icraçılar" sütununa "RİNN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

19.4. 8.1.9-cu yarımbəndin "Əsas icraçı" sütununda "BBDTL" akronimi "ADY" QSC" akronimi ilə əvəz olunsun və həmin yarımbəndin "Digər icraçılar" sütununa "DGK" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

19.5. 8.1.10-cu yarımbəndin "Əsas icraçı" sütununda "BBDTL" akronimi "ADY" QSC" akronimi ilə əvəz olunsun və həmin yarımbəndin "Digər icraçılar" sütununa "RİNN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

19.6. 8.1.11-ci yarımbəndin "Digər icraçılar" sütununda "BBDTL" akronimi  "AZCON, "ADY" QSC" akronimləri ilə əvəz edilsin;

19.7. 8.1.12-ci yarımbəndin "Əsas icraçı" sütununda "BBDTL" akronimi "ADY" QSC" akronimi ilə əvəz olunsun və həmin yarımbəndin "Digər icraçılar" sütununa "RİNN," akronimindən sonra "AZCON," akronimi əlavə edilsin;

19.8. 8.1.13-cü yarımbəndin "Digər icraçılar" sütununda "BBDTL" akronimi "AZCON" akronimi ilə əvəz edilsin;

19.9. 8.1.14-8.1.16-cı yarımbəndlərin "Digər icraçılar" sütununa "İN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

19.10. 8.1.18-ci yarımbəndin "Digər icraçılar" sütununa "DGK," akronimindən sonra "AZCON," akronimi əlavə edilsin və həmin sütundan "BBDTL," akronimi çıxarılsın;

19.11.  8.2.2-ci yarımbəndin "Digər icraçılar" sütununa "TYKŞ," akronimindən sonra "AZCON," akronimi əlavə edilsin və həmin sütundan ", BBDTL" akronimi çıxarılsın;

19.12. 8.3.4-cü yarımbəndin "Digər icraçılar" sütununa "ƏN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

19.13. "AKRONİMLƏR" hissəsinə "AQTA - Qida Təhlükəsizliyi Agentliyi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"AZCON" Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs".

20. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, №2, maddə 182 (Cild I); 2024, № 6 (I kitab), maddə 693) ləğv edilsin. 

 21. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 8-12-ci və 14-cü hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!