05 Avqust 2025 08:00
1929
İQTİSADİYYAT
A- A+
Azərbaycan daha bir regionun enerji təhlükəsizliyinin təminatçısına çevrilir

Azərbaycan daha bir regionun enerji təhlükəsizliyinin təminatçısına çevrilir


İndi artıq Suriya da Azərbaycan qazı alır. Bununla da mavi yanacağımızı idxal edən ölkələrin sayı 14 oldu. Hazırda Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycan bu layihə ilə enerji ixracı coğrafiyasını Yaxın Şərqə doğru genişləndirir.

Türkiyənin Kilis şəhərində cari il avqustun 2-də Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib və bu, haqlı olaraq Azərbaycan və Suriya arasında tarixi enerji əməkdaşlığının əsasının qoyulması kimi dəyərləndirilir.

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına bu il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib. Xatırladaq ki, Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində iyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu da imzalanmışdı. Sənədi Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalamışdılar.

M.Cabbarov avqustun 2-də sözügedən tədbirdə çıxış edərkən bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixracı coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək.

Suriyaya qaz Kilis şəhərindəki "Yavuzlu Ölçmə Stansiyası"ndan ötürülür. Azərbaycan qazını bu  ölkəyə nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. Sadəcə hələlik 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur.

İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Həmin təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək. 

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir jurnalistlərə açıqlamasında bu barədə belə deyib: "Azərbaycanlı qardaşlarımıza bu dəstəyə görə təşəkkür edirəm. Təbii ki, bu razılaşma hər iki ölkə başçısının sonuncu görüşündən sonra baş tutub. Bu, birbaşa Suriya xalqının rifahına və elektrik enerjisi ilə davamlı təminatına xidmət göstərəcək. Bu layihə sonuncu deyil, ilk layihədir. Bundan sonra da bizim birgə layihələrimiz olacaq. Azərbaycanın iqtisadiyyat naziri, qardaşım Mikayıl Cabbarov ilə də bir az öncə görüləcək işlərlə bağlı müzakirələr apardıq. Texniki qrupların qarşılıqlı şəkildə səfərləri təşkil olunacaq. Azərbaycanın Suriyada investisiya ilə bağlı proqram və layihələrini müzakirə etdik".

SOCAR ilə brlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan SVOP (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini vurğulayıb. 

Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, türk dünyası üzrə mütəxəssis Mehmet Yüce də bu mühüm hadisə barədə dəyərli fikirlər söyləyib: "Kilis-Hələb təbii qaz boru xəttinin istifadəyə verilməsi regional baxımdan olduqca mühüm və çoxşaxəli nəticələr doğuracaq strateji hadisə kimi qiymətləndirilə bilər. Bu boru xətti Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin regional enerji diplomatiyasında və Azərbaycanın enerji ixracında yeni bir səhifə açan strateji layihədir. Burada söhbət təkcə enerji nəqlindən getmir, bu xətt bölgədə sabitliyin və iqtisadi dirçəlişin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Həyata keçirilən layihə yalnız enerji transferi deyil, həm də Türkiyənin regional liderlik iddialarını gücləndirən, Suriyanın yenidənqurma prosesinə mühüm töhfə verən və Azərbaycanın enerji diplomatiyasını genişləndirən çoxşaxəli strateji addımdır. Bu layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm potensiala malikdir. Yəni bu xətt yalnız enerji layihəsi deyil, eyni zamanda regional geosiyasi balans, dövlətlərarası münasibətlər və enerji təhlükəsizliyi kontekstində dərindən təhlil olunmalı strateji addımdır".

Beləliklə, Azərbaycan qazının alıcısı olan ölkələrin sayı getdikcə artır. Artıq yeni müraciətlər də var, bu istiqamətdə növbəti danışıqlar aparılır. Məsələn, gələn ilin əvvəlindən Albaniyanın da ölkəmizdən qaz idxal edəcəyi gözlənilir. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi qlobal enerji layihələrinin, qətiyyətinin, yeritdiyi müstəqil siyasətin və ölkəmizin enerji sahəsində dünyada qazandığı etibarlı tərəfdaş imici sayəsində mümkün olub.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!