30 Aprel 2025 11:00
484
SİYASƏT
A- A+
Azərbaycan-Çin əməkdaşlığı ədalətli qlobal geosiyasi nizamın formalaşmasına xidmət edir  

Azərbaycan-Çin əməkdaşlığı ədalətli qlobal geosiyasi nizamın formalaşmasına xidmət edir  


Prezident İlham Əliyevin aprelin 24-də Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkəmizin çoxşaxəli xarici siyasət kursunun ardıcıl xarakter daşıdığını, Çinlə əməkdaşlığın isə daha yüksək strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Ölkəmiz qlobal müstəvidə mövqeyini daha da gücləndirmək üçün müstəqil siyasət yürüdür. Azərbaycan və Çin arasında münasibətlər qarşılıqlı olaraq milli maraqlara hörmət, ərazi bütövlüyünə dəstək və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” siyasətinə  dəstəyini xüsusi vurğulamaqla münasibətlərin strateji əsaslarını təşkil edən bu prinsipləri diqqətə çatdırıb. Bu yanaşma, həmçinin Çinlə əməkdaşlığın möhkəm təməl üzərində qurulmasına xidmət edir. Bu, ölkələrarası etimadı daha da gücləndirərək gələcəkdə daha intensiv əlaqələrə şərait yaradır.

İki ölkənin münasibətləri həm də regional və qlobal kontekstdə yeni strateji reallıqlar əsasında formalaşır. Azərbaycanın Avrasiya məkanında əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Bu, ölkəmizin regional nəqliyyat infrastrukturlarını daha da inkişaf etdirərək Çinin Orta Dəhlizə çıxış strategiyası ilə tam uzlaşır və əməkdaşlığı daha dərin iqtisadi təməl üzərində qurur. Azərbaycanın strateji mövqeyi qlobal ticari və iqtisadi axınların mərkəzində yer almasını təmin edərək, həm də ölkənin Şərq ilə Qərb arasında əhəmiyyətli bir körpü rolunu oynamağa imkan yaradır. Beləliklə, Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız ikitərəfli çərçivədə deyil, həm də böyük geoiqtisadi layihələrin reallaşmasında həlledici faktora çevrilir.

Azərbaycan-Çin əməkdaşlığı, həmçinin ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrini əhatə etməklə daha da şaxələnir. Yaşıl enerji və innovasiya texnologiyaları sahəsində əməkdaşlıq iki ölkənin qarşılıqlı maraqlarını təmin edir. Eyni zamanda, rəqəmsal texnologiyaların inkişafı ticarət əlaqələrinin güclənməsinə və innovativ həllərin tətbiqinə imkan verir. Təhsil və mədəniyyət sahəsində artan mübadilə proqramları isə xalqlar arasında qarşılıqlı dostluq əlaqələrini möhkəmləndirir, uzunmüddətli əməkdaşlığın ictimai dayaqlarını formalaşdırır. Beləliklə, fəal siyasi dialoq şəraitində Azərbaycan-Çin münasibətləri yalnız iqtisadiyyat və ticarət deyil, həm də mədəni və ictimai sahələrdə də mühüm önəm kəsb edir.

İki ölkə beynəlxalq münasibətlərdə bərabərlik və suverenlik prinsipini prioritet hesab edir. Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan bu mövqe Azərbaycanın qlobal güc balansında müstəqil aktor kimi çıxış etdiyini və Çinlə əməkdaşlığın məhz bu əsasda qurulduğunu bir daha nümayiş etdirir. Bu yanaşma mövcud beynəlxalq qeyri-sabitlik şəraitində Azərbaycan-Çin münasibətlərinin daha proqnozlaşdırıla bilən və davamlı olmasına şərait yaradır.

Azərbaycanın beynəlxalq hüquq çərçivəsində dünya nizamının tərəfdarı olması onun çoxşaxəli əməkdaşlıq imkanlarını genişləndirir. Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müşahidəçi statusu da daxil olmaqla çoxtərəfli platformalarda Çinlə əməkdaşlıq intensivləşir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Qlobal Cənubun fəal üzvüdür, biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Bu, Azərbaycanın qlobal mqstəvidə Çinlə sinxron hərəkətinə və çoxtərəfli əməkdaşlıqda yeni imkanlar formalaşdırmasına şərait yaradır.

Beləliklə, Azərbaycan və Çin çoxtərəfli dünya nizamında ədalətli, dayanıqlı və inklüziv əməkdaşlıq modelinin formalaşmasına real töhfə verirlər. Bu əməkdaşlıq yalnız iki ölkə üçün əlamətdar deyil, həm də beynəlxalq səviyyədə ümumi inkişaf və təhlükəsizliyin təmin olunmasına müsbət təsir göstərir.


Mahir SÜLEYMANLI

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!