27 Avqust 2025 09:05
430
İQTİSADİYYAT
A- A+
"Azərbaycan bərpaolunan enerjinin əsas istehsalçısı olmaq potensialına və ambisiyasına malikdir"

"Azərbaycan bərpaolunan enerjinin əsas istehsalçısı olmaq potensialına və ambisiyasına malikdir"


Avropa Komissiyasının rəsmisi Kristina Lobilyo Borreronun bu fikri ilə digər beynəlxalq ekspertlər də həmrəydirlər


Ölkəmizin "yaşıl gündəliyi" artıq bütün dünyaya bəllidir və geniş təqdir olunur. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal ediləcək. 

Prezident İlham Əliyevin "yaşıl enerji zonası" elan etdiyi Qarabağ və Şərqi Zəngəzurda su-elektrik enerjisi əsas yer tutur. Bu günlərdə Kəlbəcərdə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilmiş 3 yeni su-elektrik stansiyası da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə bu cür enerji obyektlərinin sayı 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Cəbrayıl rayonunda isə BP şikəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektik Stansiyası tikilməkdədir. 

2023-cü il oktyabrın 26-da Bakıda 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. "Qaradağ" 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə qoyuluş gücü 240 MVt olan Xızı-Abşeron Külək-Elektrik Stansiyası layihəsini həyata keçirir. 

"Qaradağ" stansiyasının açılış mərasimi çərçivəsində dövlətimizin başçısının iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərininn"Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunda 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpaolunan enerji mənbələri üzrə 4 QVt gücündə "Meqa" layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqavilələrinin birinci mərhələsini əhatə edir. Keçən il iyunun 4-də isə Bakı Enerji Həftəsinin açılışı günü eyni zamanda sözügedən stansiyaların təməli qoyuldu. 

Regional gündəlikdə də "yaşıl enerji" layihələri üzərində iş gedir. Təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən il noyabrın 13-də Bakıda COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalamışlar. Həmin sənədə əsasən, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Bu xətt Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"ni Azərbaycanın infrastrukturuna birləşdirəcək.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də isə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdır. Bunun üçün Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Yəni region təkcə Cənubi Qafqazı əhatə etmir, burada daha geniş coğrafiya əhatə olunur. Mərkəzi nöqtə isə məhz Azərbaycandır. 

"Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var", - deyə Prezidentimiz bu ilin iyul ayında Xankəndidə keçirilən 3-cü Qlobal Media Forumunda həmin layihələrin də uğurla nəticələnəcəyinə inam ifadə etmişdir.

Bəs dünya siyasətçiləri, sahənin tanınmış mütəxəssisləri, beynəlxalq ekspertlər "yaşıl gündəliyimiz", onun gələcəyi haqqında nə fikirdədirlər? Heç bir şərh əlavə etmədən bir neçə rəyi misal gətirmək istərdik. Beləlikə, Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensenin bu il aprelin 4-də Bakıda, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının növbəti iclasında dediklərindən: "2030-cu ilədək qlobal metan emissiyalarının 30 faizədək azaldılması öhdəliyini götürmüş 160 ölkədən biri olaraq Azərbaycanın ötən il qoşulduğu Qlobal Metan Vədini vurğulamaq istəyirəm. Mən Azərbaycanın COP29-da bu məsələnin daha da qabardılmasına verdiyi töhfəni yüksək qiymətləndirirəm. Bu layihənin həyata keçirilməsi çox əhəmiyyətli olacaqdır. Eyni zamanda Azərbaycan xüsusilə enerji sektorunda metan emissiyalarının azaldılmasının müsbət təsirləri baxımından qlobal örnəyə çevrilib. Həmçinin Dövlət Neft Şirkətinin - SOCAR-ın Neft və Qaz Metan Tərəfdaşlıq 2.0-a qoşulması ilə Azərbaycan enerji sektorunda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması və Avropa İttifaqının metan normalarına uyğunluğun təmin olunması istiqamətində doğru yoldadır… Bütün ölkələrimizdə bərpaolunan enerjinin yerli istehsalının inkişafı təbii qaza qənaət etməyə, münasib qiymətə elektrik enerjisinə çıxışı təmin etməyə və sənaye sahəsində rəqabətliliyi artırmağa kömək edə bilər. Xüsusilə Azərbaycana gəlincə, enerji səmərəliliyi və bərpa-olunan enerji istiqamətində səylər qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir. Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla, Azərbaycanın böyük potensialını inkişaf etdirmək üçün onunla əməkdaşlığı gücləndirməyə hazırdır".

 Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero isə bu il iyunun 2-də 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində belə demişdir: "Tərəfdaşlığımız təkcə qazla bağlı deyil. Söhbət sabahın enerji sisteminin qurulmasından gedir. Bu, bərpaolunan elektrik enerjisi, hidrogen və inteqrasiya olunmuş enerji sistemlərinə sərmayə qoymaq deməkdir. Azərbaycan bərpaolunan enerjinin əsas istehsalçısı olmaq potensialına və ambisiyasına malikdir. Dənizdə külək və günəş enerjisini inkişaf etdirmək planlarınızı alqışlayırıq və Azərbaycanın nəhəng bərpaolunan enerji potensialını dəstəkləmək üçün birgə işi davam etdirməyə hazırıq. Əməkdaşlığımız daha çox yaxınlaşmağa doğru bu irəliləyişi əks etdirir. Biz Azərbaycanla birgə sərmayə qoymaq, layihələr hazırlamaq və həyata keçirmək istəyirik. Avropanın özəl sektoru bu baxımdan güclü tərəfdaşdır".

 Adelaida Universitetinin iqtisadiyyat professoru, həmin universitetin Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi, beynəlxalq ticarət və iqtisadi inkişaf üzrə ekspert Riçard Pomfret bu günlərdə verdiyi müsahibədə ölkəmizin sözügedən sahədə perspektivlərini belə dəyərləndirmişdir: "Öz coğrafi mövqeyi, mövcud enerji infrastrukturu, həm Şərq, həm də Qərb tərəfdaşları ilə möhkəm əlaqələri sayəsində Azərbaycan regional enerji "platforma-dövləti"nə çevrilmək üçün yaxşı ilkin şərtlərə malikdir. Hidrogen və elektrik enerjisi dəhlizlərini əhatə edən "yaşıl dəhliz"lərin inkişafı Azərbaycanın enerji sektorunun modernləşdirilməsi və dekarbonizasiyası üzrə daha geniş strategiyasına tam uyğundur. Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli kimi layihələr Bakının Avropanın enerji sistemi ilə uzunmüddətli inteqrasiyaya sadiqliyini nümayiş etdirir. Davamlı investisiyalar və regional əməkdaşlıq şəraitində Azərbaycan bütövlükdə Avrasiya məkanında enerji keçidində mərkəzi rol oynaya bilər".

 Beynəlxalq ekspert Rosmel Rodrigez də bərpaolunan enerji sahəsində Azərbaycanın potensialını yüksək qiymətləndirir: "Azərbaycanın bərpaolunan enerji sahəsində mühüm potensialı var. Buna onun əlverişli coğrafi və iqlim şəraiti, eləcə də enerji sektorunun şaxələndirilməsinə olan sadiqliyi kömək edir. Azərbaycan xüsusilə mərkəzi və şərq bölgələrində yüksək günəş radiasiyasından faydalanır və bu da onu günəş enerjisinin inkişafı üçün əlverişli edir. Xəzər dənizinin sahili bir neçə yüksəklikdə yerləşən regionlarla birlikdə əhəmiyyətli külək enerjisi potensialı təklif edir. Bu ərazilərdə küləyin sürəti külək stansiyalarının inkişafına kömək edir. Azərbaycan öz irimiqyaslı hidro-energetika potensialının böyük hissəsini artıq inkişaf etdirsə də, kiçik və orta ölçülü hidroenergetika layihələri üçün imkanlar qalır. Ölkənin çoxsaylı çayları və dağlıq ərazisi hidroenergetikadan sonrakı istifadə üçün əlverişli şərait yaradır. Azərbaycan biokütlədən, ilk növbədə, kənd təsərrüfatı tullantılarından enerji istehsal etmək potensialına malikdir. Bioenerji inkişafı kənd yerlərinin inkişafına və enerjinin şaxələndirilməsinə töhfə verə bilər. Kiçik Qafqaz regionu perspektivli enerji nümayiş etdirir. Azərbaycanın geotermal ehtiyatları, ilk növbədə, isitmə üçün yararlı olmaqla yanaşı, həm də elektrik enerjisi istehsalı potensialına malikdir".

 Bu potensialı reallaşdırmaq üçün ölkəmizdə görülən işlər, start verilən layhələr də yüksək dəyərləndirilir. O da vurğulanır ki, Azərbaycan bərpaolunan enerji layihələrini inkişaf etdirmək üçün beynəlxalq təşkilatlar və şirkətlərlə uğurlu tərəfdaşlıq əlaqələri qurub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!