Azərbaycan "Avroviziya"da növbəti qələbəyə yaxındır
İtaliyanın Turin şəhərinin evsahibliyi etdiyi 66-cı “Avroviziya” Mahnı Müsabiqəsi davam edir. Ölkənin ən böyük arenalarından olan "PalaOlimpico"da keçirilən yarışmaya bu il 40 ölkə qatılıb.
Müsabiqənin ilk finalçıları mayın 10-da müəyyən olunub. Həmin gün keçirilən ilk yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edib və onlardan ən çox səs toplayan 10-u finala vəsiqə qazanıb.
Mayın 12-də isə müsabiqənin ikinci yarımfinalı keçirilib. Bu mərhələdə Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış ediblər. Onlardan Azərbaycan da daxil olmaqla, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya finala yüksəlib.
Mahnı müsabiqəsində bu dəfə respublikamızı Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə təmsil edir. İkinci yarımfinalda səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran təmsilçimiz finalda mübarizə aparmaq hüququ qazanıb.
Qeyd edək ki, “Avroviziya” Mahnı Müsabiqəsi olmaqla bərabər, həm də müxtəlif xalqların, ölkələrin milli-mənəvi dəyərlərinin nümayiş etdirildiyi beynəlxalq platformadır. Burada əsas şərt qalib olmaq deyil, vətənini, yurdunu layiqli təmsil etmək, musiqini dünyaya tanıtdırmaqdır.
Azərbaycan “Avroviziya” Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Həmin il Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü "Avroviziya" Mahnı Müsabiqəsində respublikamızı ilk dəfə Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etmişdilər. İlk qalibiyyətimiz isə 2011-ci ilə oldu. Həmin il Almaniyanın Düsseldorf şəhərinin evsahibliyi etdiyi müsabiqədə təmsilçilərimiz Eldar Qasımov və Nigar Camal qalib olmaqla yanaşı, həm də növbəti yarışmanı keçirmək hüququnu Azərbaycana qazandırdılar.
2012-ci ildə Bakıda keçirilən müsabiqəyə paytaxtımız layiqincə evsahibliyi etdi. O zaman qısa müddətdə həyata keçirilən möhtəşəm tədbirlərlə bütün dünya Azərbaycanın timsalında evsahibliyinin ən mükəmməl nümunəsini gördü. "Avroviziya-2012" Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi həm də Azərbaycanın turizm potensialının beynəlxalq miqyasda daha yaxından tanıtımı baxımından böyük hadisəyə çevrildi.
66-cı “Avroviziya” Mahnı Müsabiqəsinin final mərhələsi bu gün keçiriləcək. Finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcəklər. Beləliklə, Azərbaycan növbəti “Avroviziya” qələbəsinə çox yaxındır.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedevdən
25 May
Parlamentdə 2021-ci il dövlət büdcəsinin icrası müzakirə ediləcək
25 May
Mikayıl Cabbarov: Davos Dünya İqtisadi Forumu çərçivəsində təhlükəsiz və dayanıqlı enerji sisteminə ...
25 May
Səbinə Əliyeva: Ümid edirik ki, türk dövlətləri ombudsmanları Şuşada gördükləri dağıntılar barədə dü...
25 May
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 2974 doza vaksin vurulub
25 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
25 May
Nazir müavini Şamaxı rayonunda vətəndaşlarla görüşüb
25 May
İran sərhədinə doğru yeni yolun və sərhəddə körpünün tikintisi davam etdirilir VİDEO ...
25 May
Volfqanq Maniq: Şuşa Almaniya şəhərlərindən biri ilə qardaşlaşa bilər
25 May
Səlcuq Bayraqdar: “TEKNOFEST” Ukrayna, İndoneziya, Özbəkistan kimi ölkələrdə də keçiriləcək ...
25 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!