19 Yanvar 2026 12:42
157
İQTİSADİYYAT
A- A+
Azərbaycan Avropanın enerji bazarına təsir etmək imkanı qazanacaq 

Azərbaycan Avropanın enerji bazarına təsir etmək imkanı qazanacaq 


Dünya bazarında təbii qazın qiymətinin artması davam edir. Yanvarın 2-də 1 kubmetri 352 dollara satılan təbii qazın qiyməti yanvarın 15-də 398 dollara kimi yüksəldi. Ötən həftə Niderlandda fəaliyyət göstərən Avropa Virtual Qaz Ticarət Mərkəzində (Title Transfer Facility - TTF) qazın qiyməti 2 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, qazın qiyməti həftənin əvvəlində 400, sonunda isə 420 dollara yüksəldi və artmaqda davam edir. TTF-də qaz elektron formada satılır. Alqı-satqı baş tutduqdan sonra qaz treyderləri sifarişi interkonnektorun idarəçiliyinə göndərir, qaz nəqli bu və ya digər ölkəyə yönəldilir.

“Bloomberg” qaz bazarının xüsusiyyətinə toxunaraq qeyd edir ki, əksər hallarda qazın qiyməti havanın temperaturundan asılıdır. Yanvar ayı Avropa üçün kəskin soyuqlarla başladı. Digər tərəfdən isə qitənin qaz anbarlarında həcm tez bir zamanda azaldı. Avropa Qaz İnfrastrukturu Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatına əsasən hazırda Avropanın ən böyük qaz saxlanc infrastrukturuna malik olan Almaniyanın anbarlarının 44 faizi doludur. Qışın çətin günləri hələ qarşıdadır, buna baxmayaraq 56 faiz artıq sərf olunub.

Bu gün Belçika, Danimarka, Fransa, Latviya və digər ölkələrin anbarlarında 50 faiz qaz ehtiyatı var. Ən az ehtiyata malik olan Xorvatiya (29,9 faiz) və Niderlanddır (38 faiz). Ən çox isə Portuqaliyadır (90,5 faiz). Lakin Avropa Hidrometeorologiya Mərkəzi yanvarın 2-ci yarısının daha soyuq keçəcəyini proqnozlaşdırıb. “İmplementa” konsaltinq şirkətinin tədqiqatlar üzrə direktoru Mariya Belova bildirib ki, qaz anbarlarının yarımçıq olması, havaların kəskin soyuması və Rusiya ilə qaz ticarətinin məhdudlaşdırılması Avropanın qaz bazarında gərginlik yaradıb. Ekspert nəzərə çatdırıb ki, soyuq havalarda borularda təzyiq aşağı düşür və buna görə də boruya əlavə qaz vurmaq lazım olur ki, bu da qiymətə təsir edir. Digər tərəfdən Avropa ölkələrində alternativ enerji istehsal edən mərkəzlər çoxdur. Lakin qış aylarında Günəşin və küləyin zəifliyi elektrik enerjisi istehsalını aşağı salır və qaza tələbat artır. Tələbat artan yerdə isə bazar qanununa uyğun olaraq qiymətlər də artır.

“Reuters” agentliyinin neft və qaz bazarları üzrə analitiki Con Kemp bildirib ki, Avropa dövlətləri Rusiya kimi təbii qaz hegemonundan azad olaraq, digər hegemon - ABŞ-dan asılı vəziyyətə düşdü. ABŞ Avropaya qazı Rusiyadan baha satır ki, bu da qiymət artımı yaradır. Beləliklə Avropanın əlavə qaza böyük ehtiyacı yaranıb.

SOCAR-dan verilən məlumata görə, cari ilin yanvar ayından başlayaraq Avropanın digər 14 ölkəsi ilə yanaşı, Azərbaycan Almaniya və Avstriyaya da qaz ixracına başlayıb ki, bu da təsadüfi xarakter daşımır. Avropa qaz idxalını diversifikasiya edərək Azərbaycana daha çox üstünlük verib. Ötən ilin iyununda SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında da təbii qaz alışı üzrə 2035-ci ilədək müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycandan illik qaz tədarükünün həcmi mərhələli şəkildə artırılaraq 1,5 milyard kubmetrə çatdırılacaq.

Bundan başqa, “Şahdəniz” yatağından Almaniyanın “Uniper” şirkəti də ildə 1,5 milyard kubmetr qazın alıcısı qismində çıxış edib. Avstriya ilə Almaniyaya qaz ixracı İtaliya interkonnektoru üzərindən həyata keçiriləcək. Azərbaycan Cənubi və Şərqi Avropa ilə yanaşı, eyni zamanda, Mərkəzi Avropa dövlətlərinə də qaz ixracına başlayıb. Bununla Azərbaycan ilk növbədə qaz ixracını şaxələndirib və Avropa bazarında mühüm yer tutub. Onu da nəzərə çatdırmaq lazımdır ki, 2030-cu ilə kimi Azərbaycan Avropaya əlavə 8 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırıb. Bu planın həyata keçəcəyinə heç bir şübhə yeri yoxdur. Bu o deməkdir ki, Azərbaycan Avropa enerji bazarına təsir etmək imkanı qazanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası 20 Yanvar faciəsindən yazıb  

14:36
19 Yanvar

MSK katibi: Seçici siyahılarının hazırlanmasına başlanılıb  

14:36
19 Yanvar

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərdə səfərdədir  

14:25
19 Yanvar

20 Yanvar faciəsi Türkmənistan ictimaiyyətinə çatdırılır: qəhrəmanlıq və milli qürur salnaməsi  

14:24
19 Yanvar

Ağsu dolaylarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib  

14:23
19 Yanvar

Epilepsiya zamanı ilkin tibbi yardım 

14:19
19 Yanvar

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Ayntraxt” oyununun hakimləri açıqlanıb  

13:40
19 Yanvar

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib 

13:34
19 Yanvar

Ombudsman 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib  

13:14
19 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

13:12
19 Yanvar

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib 

13:10
19 Yanvar

Ağsu aşırımında yol buz bağlayıb: əraziyə canlı qüvvə və texnika cəlb edilib

13:09
19 Yanvar

Kasım-Jomart Tokayev Qazaxıstan Konstitusiyasına dəyişikliklər barədə danışıb  

13:07
19 Yanvar

Laçında qarın hündürlüyü 15 santimetrə çatıb, qurumlar gücləndirilmiş iş rejimində çalışır  

13:00
19 Yanvar

Bakı Marafonu ilk dəfə 42 kilometr məsafədə keçiriləcək: qeydiyyat başladı  

12:59
19 Yanvar

Paytaxt məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib  

12:58
19 Yanvar

Altı ildə 818 uşaq övladlığa verilib  

12:55
19 Yanvar

Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub  

12:54
19 Yanvar

Sulu qar və qar yağır, külək əsir, duman müşahidə olunur – FAKTİKİ HAVA  

12:53
19 Yanvar

Qazaxıstanlı jurnalist: Xocalı haqqında kitabımı göz yaşları ilə yazırdım 

12:52
19 Yanvar

Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər  

12:51
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!