19 Yanvar 2026 14:24
146
CƏMİYYƏT
A- A+
20 Yanvar faciəsi Türkmənistan ictimaiyyətinə çatdırılır: qəhrəmanlıq və milli qürur salnaməsi  

20 Yanvar faciəsi Türkmənistan ictimaiyyətinə çatdırılır: qəhrəmanlıq və milli qürur salnaməsi  


Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin qəhrəmanlıq salnaməsini təşkil edən 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin dünya ictimaiyyətinə, o cümlədən Türkmənistan cəmiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması məqsədilə ölkənin və Mərkəzi Asiya regionunun nüfuzlu informasiya resurslarından sayılan “News Central Asia” və digər informasiya portallarında səfirliyin təşəbbüsü ilə “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və milli qürur salnaməsi” başlıqlı materiallar dərc edilib, eyni zamanda, sözügedən məlumatlar yerli media orqanlarına təqdim olunub.

Dərc edilmiş materiallarda 20 Yanvar faciəsinin Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində mühüm dönüş nöqtəsi olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, bu hadisə Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda, milli qürur, qəhrəmanlıq və iradə nümunəsi kimi əbədi iz qoyub. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün suveren ərazilərində qürurla dalğalanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə müasir Azərbaycan tarixində yeni, şərəfli bir mərhələ başlayıb, eyni zamanda, 36 il əvvəl – 1990-cı ilin 20 Yanvar gecəsi ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid Vətən övladlarının ruhu şad olub.

Bununla yanaşı, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciə barədə dünya ictimaiyyətinin, o cümlədən sosial şəbəkələrin türkmən seqmentindəki auditoriyanın daha geniş məlumatlandırılması məqsədilə səfirliyin rəsmi internet saytında və sosial şəbəkə hesablarında Azərbaycan, türkmən, ingilis və rus dillərində 20 Yanvar faciəsinə dair ətraflı məlumatlar və videomateriallar yerləşdirilib. Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatları yayılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib  

15:26
19 Yanvar

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib  

15:20
19 Yanvar

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb  

15:19
19 Yanvar

Ötən il Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb  

15:19
19 Yanvar

Neft məhsullarının istehsal dəyəri 14 faizə yaxın artıb  

15:18
19 Yanvar

Azərbaycan ilə Malayziya arasında fövqəladə hallarla bağlı əlaqələrin genişləndirilməsi müzakirə edilib  

15:17
19 Yanvar

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfərə gəlib  

15:16
19 Yanvar

“Qarabağ” – “Ayntraxt” oyununa 24 500 bilet satılıb  

15:15
19 Yanvar

2025-ci ildə Azərbaycanın istehsal etdiyi qızıl 11 faizdən çox artıb  

15:15
19 Yanvar

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb  

15:14
19 Yanvar

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb  

15:13
19 Yanvar

Ötən il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 23 milyard kubmetrdən çox qaz nəql olunub  

15:12
19 Yanvar

2025-ci ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 12 faiz artıb  

15:10
19 Yanvar

Ötən ilin yanvar-noyabr ayları ərzində 45 minə yaxın nikah bağlanıb  

15:10
19 Yanvar

Neft-qaz sektorunda 36 milyard manatdan çox ÜDM istehsal olunub  

15:09
19 Yanvar

Ötən ilin on bir ayında Azərbaycanda 88 mindən çox körpə doğulub  

15:08
19 Yanvar

Azərbaycan əhalisinin sayı açıqlanıb

15:06
19 Yanvar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib 

15:05
19 Yanvar

Toni Bleyer ABŞ Prezidentinin Qəzza üçün Sülh Şurasından uzaqlaşıb  

15:04
19 Yanvar

Sankt-Peterburqda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib  

15:03
19 Yanvar

Ekspert: Azərbaycanda süni intellekt ekosisteminin inkişafı üçün əsas maneə “Big Data” bazalarının çatışmazlığıdır  

15:02
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!