19 Yanvar 2026 14:19
1515
Səhiyyə
A- A+
Epilepsiya zamanı ilkin tibbi yardım 

Epilepsiya zamanı ilkin tibbi yardım 


Epilepsiya beyindəki elektrik aktivliyinin pozulması nəticəsində təkrarlanan və nəzarətsiz tutmalarla xarakterizə olunan xroniki nevroloji xəstəlikdir. Əsas xüsusiyyətləri tutmalar, şüur itkisi, qıcolmalar, əzələ sıxılmaları və ya davranış dəyişiklikləri ilə özünü göstərir. Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir və bəzi hallarda dəqiq səbəb müəyyən edilə bilmir. Əsas səbəblərə genetik faktorlar (ailədə epilepsiya halları varsa, genetik meyillilik), beyin zədələri (travmalar, başın ciddi zədələnməsi), doğuş travmaları (doğum zamanı oksigen çatışmazlığı və ya zədələr), inkişaf pozğunluqları (autizm və ya serebral iflic kimi sinir sisteminin xəstəlikləri), şişlər və ya insult (beyində qan dövranının pozulması və ya anormal toxumaların yaranması), infeksiyalar (menengit, ensefalit və ya digər infeksiyalar), maddələr mübadiləsi pozğunluqları (elektrolit disbalansı, şəkər səviyyəsinin düşməsi - hipoqlikemiya və ya bəzi qidalanma çatışmazlıqları), qızdırma tutmaları (xüsusilə uşaqlarda yüksək qızdırma nəticəsində yaranan febril tutmalar) aiddir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Xatirə Rzayeva epilepsiya xəstəliyi barədə məlumat verərkən deyib.

Xatirə Rzayeva vurğulayıb ki, bəzi hallarda epilepsiyanın yaranma səbəbi məlum olmur: “Bu, idiopatik epilepsiya adlanır və genetik meyillilik əsas faktor hesab olunur. Epileptik tutmaları tətikləyən əsas amillərə yuxusuzluq (düzgün yuxu rejiminin pozulması), stres (həddindən artıq emosional və ya fiziki gərginlik), parlaq və ya titrəyən işıqlar, spirt və narkotiklər, dərmanların vaxtında qəbul edilməməsi, hormonal dəyişikliklər (xüsusilə qadınlarda menstruasiya dövrü), aclıq və ya qidalanma çatışmazlığı, yorğunluq, qızdırma və xəstəliklər aiddir. Bu səbəbləri tanımaq və onlardan uzaq durmaq tutmaların qarşısını almağa kömək edir”.

O, epileptik tutma zamanı ilk yardım barədə danışarkən deyib: “Yardımın əsas məqsədi xəstəni qorumaq və təhlükəsizliyini təmin etməkdir. İlk növbədə sakit olmaq, xəstəni sərt və təhlükəli əşyalardan uzaqlaşdırmaq, başının zədələnməməsi üçün altına yumşaq bir şey qoymaq, eyni zamanda, xəstəni yan tərəfə çevirmək lazımdır ki, tənəffüs yolları açıq qalsın və tüpürcək boğulmaya səbəb olmasın. Həmçinin xəstənin boyun ətrafı boşaldılmalıdır. Ağıza heç nə qoymamaq və ya dişlərini açmağa çalışmamaq lazımdır. Tutmanın müddəti izlənilməlidir, əgər 5 dəqiqədən artıq davam edərsə və ya təkrarlanarsa, dərhal təcili yardım çağırılmalıdır. Tutmadan sonra xəstə özünə gələnə qədər onun yanında olmaq vacibdir, çaşqınlıq və yorğunluğun olması normaldır”.

Epilepsiyası olan xəstəyə qulluq etməyin əsas xüsusiyyətləri barədə həkim-nevroloq deyib: “Təhlükəsiz mühit yaratmaq (iti küncləri yumşaq örtmək, sürüşkən səthləri aradan qaldırmaq, yüksək yerlərdən qorumaq), dərmanların vaxtında qəbuluna nəzarət, yuxu rejimi, stresin azaldılması, fotosensitivlikdə işıqdan qorunmaq, tutma zamanı düzgün davranış, psixoloji dəstək (sosial izolyasiyanın qarşısını almaq, müstəqilliyə təşviq), müntəzəm həkim müayinəsi aparılmalıdır. Bütün bunlar təhlükəsizliklə yanaşı, həyat keyfiyyətinin artırılmasına səbəb olur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!