13 Yanvar 2026 10:31
188
İQTİSADİYYAT
A- A+
Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 


İşğaldan azad edilmiş ərazilərdə istehsal müəssisələrinin yaradılması, sahibkarlığın inkişafı, biznes mühitinin formalaşdırılması, əhalinin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü addımlar atılır. Dövlətimizin başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən yaradılan Ağdam Sənaye Parkının məqsədi də azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 312,66 milyon manat olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. İnvestorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb,13 rezident fəaliyyətə başlayıb. Sənaye Parkında 970-ə yaxın daimi iş yeri yaradılıb.

Ağdam Sənaye Parkındakı müəssisələr Azərbaycan dövlətinin yaratdığı geniş iqtisadi imkanlar sayəsində uğurla fəaliyyət göstərir. Bir çox vətəndaş bu müəssisələrdə, öz doğma yurdlarında iş yerləri ilə təmin olunublar. Rezident müəssisələrə verilən vergi və gömrük güzəştləri regionda sənayenin canlanmasına şərait yaratmaqla yanaşı, məskunlaşan əhalinin sosial rifahının yüksəldilməsində və aktiv əmək fəaliyyətinə cəlb edilməsində həlledici rol oynayır. Bu nümunə dövlətin "Böyük Qayıdış" proqramı çərçivəsində təkcə yaşayış sahələrini deyil, həm də insanların gələcək inkişafını təmin edən güclü iqtisadi ekosistem qurduğunu bariz şəkildə nümayiş etdirir.

Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” MMC kimi müəssisələr regionun iqtisadi dirçəlişinə və yerli əhalinin məşğulluğuna mühüm töhfə verir. Parkda tətbiq edilən güzəştlər və yaradılan müasir infrastruktur vətəndaşların öz doğma yurdlarında dayanıqlı iş yerləri və yüksək iş şəraiti ilə təmin olunmasına geniş imkanlar açır. Bu proses bölgədə məskunlaşan insanların sosial rifahını gücləndirməklə yanaşı, Qarabağın sürətli sənayeləşmə strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.

MMC-nin texniki direktoru Ruslan Şıxəliyev bildirib ki, müəssisə sənaye və infrastruktur obyektləri üçün elektrik qurğularının layihələndirilməsi, istehsalı və təchizatı ilə məşğuldur: “Zavodda elektrik panelləri, paylayıcı qurğular, eləcə də transformator məntəqələri istehsalı olunur. Şirkət Azərbaycan ərazisində avtomobillər üçün şarj cihazlarının istehsalı ilə məşğul olan yeganə müəssisədir. Şirkətimiz 2024-cü ildən bəri azad olunmuş ərazilərin böyük hissəsini öz istehsal etdiyi məhsullarla təchiz edir. Zavodda 70 nəfərə yaxın işçi çalışır ki, onlardan 90-95 faizi yerli sakinlərdir”.

Zavodun əməkdaşlarından olan montajçı-elektrik Məhəmməd Cavadovla da söhbət edirik. O, gördüyü işdən məmnunluğunu ifadə edərək deyib: “Zavodda istehsal olunan aşağı və ortagərginlikli elektrik panellərinin, həmçinin 6, 10 və 35 kV gərginlikli elektrik yuvalarının və avadanlıqlarının montajında, sxem üzrə yığılmasında və təhlükəsizlik qaydalarına uyğun icrasında iştirak edirəm. İşimə məsuliyyətlə yanaşıram, texniki tələblərə uyğun təhlükəsizliyə ciddi riayət edirəm. Məqsədim təcrübəmi istehsal etdiyi avadanlıqların artıraraq şirkətimizin keyfiyyətinə davamlı töhfə verməkdir”.

Beləliklə, Ağdam Sənaye Parkında həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılmasına, sahibkarlığın gücləndirilməsinə və əhalinin dayanıqlı məşğulluğunun təmin olunmasına xidmət edir. Bu istiqamətdə görülən işlər Qarabağın sənaye mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman vətəndaşların müraciətlərini dinləyib  

19:09
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub  

18:59
13 Yanvar

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq  

18:51
13 Yanvar

Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb  

18:46
13 Yanvar

Azərbaycan Prezidenti: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq  

18:41
13 Yanvar

Aleksandr Sırski: Rusiya ötən il Odessaya daxil olmağı planlaşdırırdı  

18:39
13 Yanvar

Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq  

18:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb YENİLƏNİB 

18:27
13 Yanvar

Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır  

18:21
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub  

18:13
13 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

18:12
13 Yanvar

Abşeron yarımadasında müasir su təsərrüfatı infrastrukturu: dövlət siyasətinin uğurlu icrası 

18:03
13 Yanvar

Fransada doğum səviyyəsi minimum həddə düşüb  

17:57
13 Yanvar

DÇ-2026: Ev sahibi komandaların hazırlıq vəziyyəti və perspektivləri  

17:54
13 Yanvar

Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub  

17:51
13 Yanvar

Təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu zərərin məbləği 224 milyard dollara düşüb  

17:48
13 Yanvar

Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

17:37
13 Yanvar

Xocalıda yanğın törədən şəxs saxlanılıb  

17:36
13 Yanvar

İrandan Gürcüstana külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb  

17:26
13 Yanvar

Cənubi Koreyanın sabiq Prezidenti üçün edam cəzası tələb olunur  

17:23
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB    

17:22
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!