13 Sentyabr 2025 08:40
766
İQTİSADİYYAT
A- A+
Axan zaman, azalan su - sabah gec ola bilər

Axan zaman, azalan su - sabah gec ola bilər


Bu, "Bakı Su Həftəsi-2025"in əsas mövzusu olmaqla yanaşı, su ehtiyatlarının qorunması və dayanıqlı idarəetmənin vacibliyini də önə çıxardı


Su  həyatın özüdür. Bu söz bir çoxları üçün klişe kimi səslənsə də, planetimizin və gələcəyimizin taleyi məhz bu sadə, şəffaf, lakin tükənmə təhlükəsi ilə üz-üzə dayanan əvəzsiz sərvətdən asılıdır. XXI əsrdə dünya yeni problemlərlə qarşılaşıb: iqlim dəyişikliyi, artan əhali, urbanizasiya və sənayeləşmə. Bu faktorlar su resurslarının davamlı istifadəsinə mane olur və onun tükənmə ruskini daha da artırır. Bu baxımdan problemləri yalnız yerli səviyyədə deyil, qlobal kontekstdə dəyərləndirmək, birgə həll yolları axtarmaq  artıq zərurətə çevrilib. 

Məhz bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi ilə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı  - "Bakı Su Həftəsi - 2025" sentyabrın 10-da öz işinə başladı. İlk dəfə ötən il keçirilən tədbirin məqsədi su ehtiyatlarının qorunması, idarə olunması və davamlı istifadəsi ilə bağlı aktual problemləri gündəmə gətirmək, bu sahədə qabaqcıl texnologiyaları və innovativ həll yollarını paylaşmaqdır. Ötən üç gün ərzində baş tutan konfranslar, "dəyirmi masa"lar, texniki təqdimatlar və sərgilər su ilə bağlı mövcud çağırışlara qarşı lokal və qlobal səviyyədə effektiv yanaşmaların formalaşmasına imkan yaratdı. Ümumiyyətlə, "Bakı Su Həftəsi" yeni təşəbbüslərin formalaşmasında, səmərəli işgüzar əlaqələrin qurulmasında və ölkəmizdə su ehtiyatlarının effektiv idarə olunmasında mühüm rol oynayır. Tədbir vasitəsilə Azərbaycan həm texnoloji yenilikləri ölkəyə gətirir, həm də yerli mütəxəssisləri beynəlxalq təcrübə ilə birləşdirib güclü, dayanıqlı bir su idarəetmə modeli qurmağa çalışır. Region ölkələri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və ortaq ekoloji problemlərə birgə yanaşma formalaşdırılması da iki ildir platformanın gündəliyində yer alır.

"Bakı Su Həftəsi" Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişmələri və regionda artan su çatışmazlığı fonunda bu tədbir ölkənin su təhlükəsizliyi məsələsində yeni baxışları formalaşdırır və beynəlxalq təcrübənin ölkə daxilində tətbiqinə zəmin yaradır. Platforma ölkəmizin bu sahədə regional liderliyə iddialı olduğunu da nümayiş etdirir.  Bu fikrin təsdiqi üçün deyə bilərik ki, Azərbaycanın su resurslarının idarə olunması sahəsində atdığı addımlar, beynəlxalq əməkdaşlığa açıq mövqeyi və ekoloji problemlərin həllinə yönəlik təşəbbüsləri onu Cənubi Qafqazda və daha geniş coğrafiyada nümunəvi tərəfdaş kimi tanıdır.

Təsadüfi deyil ki, ADSEA-nın sədri Zaur Mikayılov da "Bakı Su Həftəsi"nin açılış tədbirində mötəbər platformanın nə qədər zəruri və əhəmiyyətli olduğunu söylədi: "Bu gün artıq ənənəyə çevrilməkdə olan bu tədbir bizi bir araya gətirərək su ehtiyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərində mühüm müzakirələr aparmaq imkanı yaradır. Azərbaycan dövləti üçün su ehtiyatlarının davamlı idarə edilməsi strateji əhəmiyyət daşıyır. Son illərdə ölkəmizdə bu sahədə geniş islahatlar həyata keçirilir, milli su strategiyası hazırlanıb və uğurla icra olunur. Məqsədimiz həm su təhlükəsizliyini təmin etmək, həm də təmiz suya çıxışı hər kəs üçün əlçatan etməkdir".

Dünən başa çatan tədbir çərçivəsində su təsərrüfatı sahəsində ən son texnologiyalar, innovativ mexanizmlər və müasir dünya təcrübəsi nümayiş olundu. "Bakı Su Həftəsi" dövlət qurumları ilə yanaşı, özəl sektora və sahə üzrə mütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçün innovativ yanaşmalar axtarmaq imkanı verdi. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapurdan olan 70-ə qədər  şirkət və nümayəndə heyəti iştirak etdi.

Qeyd edək ki, tədbir çərçivəsində "Bakı-Ekspo" Mərkəzinin foyesində azad Qarabağın ilk su təsərrüfatı obyektlərindən olan "Zabuxçay" su anbarı və "Şiber" su çarxının maketləri nümayiş etdirilib. Maket şəklində təqdim olunan eksponat Qarabağın su təminatı sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərib. Bununla yanaşı, 1 nömrəli pavilyonda "Ümid var" İnklüziv Yaradıcılıq Birliyinin üzvləri tərəfindən ərsəyə gətirilmiş "Baku Water Week 2025: Fərqlilərin fırçasında" adlı rəsm sərgisi də ziyarətçilərə təqdim olunub. Belə fərdi bacarıqları cəmiyyətə tanıdan rəsm sərgisi tədbirə insani və emosional dəyər qatıb. Digər tərəfdən, "Ümid var" İnklüziv Yaradıcılıq Birliyinin fərqli baxış bucaqlarından çəkilmiş rəsmləri suya olan münasibətin təkcə texnoloji və strateji deyil, həm də bədii və fərdi dəyərlərlə zənginləşdirilməsinin vacibliyini xatırladıb.

Nəticə etibarilə "Baku Su Həftəsi" həm ideya, həm iştirakçı spektri, həm də təqdim olunan təşəbbüslərlə Azərbaycanın su resurslarının gələcək nəsillər üçün qorunması istiqamətində atdığı düşünülmüş və sistemli addımların bariz göstəricisi kimi yaddaşlara hopdu. Tədbir bir daha sübut etdi ki, su təhlükəsizliyi sadəcə texniki məsələ deyil, həm də milli təhlükəsizlik, sosial rifah və ekoloji balans məsələsi olduğu üçün hər bir iştirakçı - istər dövlət qurumu, istər özəl sektor, istərsə də vətəndaş cəmiyyətinin nümayəndəsi - bu ümumi məsuliyyəti bölüşməli və birgə həll yolları axtarmağa davam etməlidir.

Tədbir öz miqyası, əhatə dairəsi və praktiki nəticələri ilə yalnız bu günün deyil, sabahın da su siyasətinə işıq tutdu. Qarşıdakı illərdə baş tutacaq bu qəbildən olan digər tədbirlər də ölkəmizin qlobal ekoloji və su idarəçiliyi sistemində fəal və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək. Ən əsası isə bu platforma hər il bir qədər də genişlənərək, gələcək nəsillər üçün dayanıqlı su təminatı qurmaq yolunda mühüm mərhələ olacaq.

 "Su  həyatdır" deyirik. O halda bu həyatı qorumaq da bizim borcumuzdur. Bu gün verilən qərarlar, həyata keçirilən layihələr və göstərilən təşəbbüslər sabahın su ehtiyatlarını müəyyən edəcək. Su yalnız bu günümüz üçün deyil, onu sabahımıza da ötürməliyik. Elə etməliyik ki, bizdən sonrakı nəsillər suya həsrət qalmasın. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

Regional təşkilatların aparıcı gücü   

16:09
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

15:59
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!