Avstriyanın ölkəmizdəki səfiri: Azərbaycan bölgədə sabit ölkə və etibarlı tərəfdaşdır
İyunun 25-də xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Avstriya səfirinə Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində səylərinə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib və bu xüsusda avstriyalı həmkarı ilə apardığı fikir mübadilələrinə istinad edib.
Səfir Bernd Aleksandr Bayerl Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, fəaliyyəti dövründə pandemiya səbəbindən münasibətlərdə müəyyən durğunluq müşahidə edilsə də, hazırda əlaqələrin daha da inkişafı üçün yeni imkanların olduğunu vurğulayıb. Səfir, Azərbaycanın bölgədəki sabit ölkə və etibarlı tərəfdaş olduğunu qeyd edib.
Tərəflər iki ölkə arasında bir sıra, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi potensialını qeyd ediblər. Görüşdə, həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov səfir Aleksandr Bayerlə ən xoş arzularını çatdırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub YENİL...
26 Aprel
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB...
26 Aprel
“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq
26 Aprel
Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakir...
26 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib
26 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
26 Aprel
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
26 Aprel
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!