26 İyul 2020 13:08
741
SİYASƏT
A- A+
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlamentə ermənilərin “ASALA” terror təşkilatını bərpa etmək niyyəti barədə müraciət edib

Avstraliya Azərbaycanlıları Assosiasiyası parlamentə ermənilərin “ASALA” terror təşkilatını bərpa etmək niyyəti barədə müraciət edib


Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ölkənin federal parlamentinə ermənilərin "ASALA” terror təşkilatını bərpa etmək cəhdi barədə müraciət edib.

Bu barədə AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbirinə AAA-nın sədri Mikayıl Oyta məlumat verib. M.Oyta bildirib ki, məqsəd son günlər Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatla bağlı dünyanın bir sıra ölkələrində yaşayan ermənilərin bu ölkələrdəki azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb etməkdir.

Müraciətdə ABŞ-ın Los-Anceles şəhərində keçirilən aksiya zamanı erməni gənclərin üzərində "ASALA” ("Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) yazılmış köynəklər geyərək hərəkət etməsi barədə internetdə yayılan fotoların böyük narahatlıq yaratdığı xüsusi qeyd edilir. Bildirilir ki, həmin aksiya zamanı 3 mindən çox erməni polis səddini aşaraq oradakı 50 azərbaycanlıya hücum edib. Nəticədə altı nəfər, o cümlədən azərbaycanlı qadınlar xəstəxanaya yerləşdirilib. Onlardan biri hələ də reanimasiya şöbəsindədir. Belə bir cinayətin Belçikanın Brüssel şəhərində törədildiyi də vurğulanıb.

Bildirilir ki, hazırda Los-Anceles polisi bu hücumu azərbaycanlılara qarşı nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.

Müraciətdə iyulun 12-dən sonra internetdə Avropanın bir çox şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə hücum etməsi barədə çoxsaylı videoların olduğuna diqqət yönəldilir. Həmin videolarda ermənilərin dinc azərbaycanlıları izləməsi və onlara xəsarət yetirməsi aydın görünür.

Sənəddə avstraliyalı senatorlara "ASALA” təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində törədilən terror aktları barədə ətraflı məlumat da öz əksini tapıb. Qeyd edilib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 1984-cü ildə tərtib etdiyi "Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu: davam edən beynəlxalq təhlükə” adlı hesabatında 1970-ci ildən sonra bu təşkilatın törətdiyi cinayətlər barədə ətraflı məlumatlar öz əksini tapıb. Burada 1980-ci illərdə Avstraliyanın Sidney və Melburn şəhərlərində türk diplomatlara qarşı törədilən terror aktı barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, həmin cinayətlərə görə məsuliyyəti "ASALA” öz üzərinə götürsə də, heç kim həbs olunmayıb.

Vurğulanır ki, həmin hadisələri 2020-ci ildə də yaxşı xatırlayan Avstraliyanın türk və Azərbaycan icmasının üzvləri bu ölkənin parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa və həm Avstraliyada, həm də dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırır.

Müraciətdə, həmçinin Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasəti dayandırması, qonşu dövlətlərin ərazilərini işğal yolu ilə "Böyük Ermənistan”ın yaradılmasına xidmət edən siyasətindən əl çəkməsi tələb edilir. Qeyd edilir ki, bu regionda və bütün dünyada sülhün bərqərar olması məhz Ermənistanın öz ekspansionist siyasətindən əl çəkməsi nəticəsində mümkün ola bilər.

Müraciətə erməni vandalizmini təsdiq edən fotolar da əlavə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!