15 Yanvar 2022 00:42
1330
DÜNYA
A- A+
Avropada müharibə təhlükəsi artır

Avropada müharibə təhlükəsi artır

 

ATƏT sədri xəbərdarlıq etdi

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri və Polşa XİN rəhbəri Zbiqnev Rau Avropada müharibə təhlükəsi barədə xəbərdarlıq edib.

Bəyanat Vyanada ATƏT-in Daimi Şurasının Avropada təhlükəsizlik məsələlərinə, o cümlədən Ukrayna böhranına və Rusiyanın “təhlükəsizliyə təminat” tələblərinə həsr olunmuş iclasında səsləndirilib. Avropada müharibə təhlükəsi ötən 30 ildə olduğundan daha böyükdür”, - deyə Rau bildirib.

“Böhran bütün Avropa sisteminin sabitliyini təhdid edir”

 

Diplomat Rusiya və ABŞ da daxil olmaqla, 57 ölkənin nümayəndələri qarşısında çıxış edib və regional gərginliyin azaldılması üçün ATƏT-in formatından istifadə etməyə çağırıb.

Onun sözlərinə görə, hazırkı böhran bütün Avropa sisteminin sabitliyini və təhlükəsizliyini təhdid edir.

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter isə bu həftə təşkilatın formatında konkret nəticələr əldə ediləcəyinə şübhə ilə yanaşır: “Bizim əsas məqsədimiz prinsip etibarilə dialoq qurmaqdır”. Karpenter əlavə edib ki, əsas prinsip və öhdəliklərə uyğun olaraq, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət , bir-birinin sərhədlərinin pozulmazlığı, güc və ya güc hədələrinin tətbiq edilməməsi də daxil olmaqla, təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün yalnız ATƏT-də, bütün 57 üzv dövlətin səs bərabərliyi ilə bir masa arxasına əyləşmək olar.

 

Rusiya nümayəndəsi Qərbi danışıqları uzatmaq cəhdlərindən çəkinməyə çağırıb

 

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Qərbə təhlükəsizlik məsələsində danışıqları uzatmaq cəhdlərinə görə xəbərdarlıq edib:  “Açıq şəkildə xəbərdarlıq etmək istəyirik. Rusiyanın ABŞ və NATO ilə dialoqu çərçivəsində təhlükəsizliyin təmin edilməsi üzrə məzmunlu danışıqlar prosesini uzatmaq və ya prosesi mövqelərin mənasız şəkildə mübadiləsinə çevirmək cəhdləri istisnasız olaraq bütün dövlətlərin təhlükəsizliyi üçün vəziyyətin qaçılmaz pisləşməsi ilə nəticələnə bilər”.

 

“Diplomatik marafon”

 

Yanvarın 12-də Brüsseldə keçirilmiş NATO Şurası ilə Rusiya arasında 2019-cu ildən bəri baş tutan ilk  danışıqlarda Şimali Atlantika Alyansının 30 ölkəsinin nümayəndələri və təşkilatın baş katibi Yens Stoltenberq iştirak ediblər. Rusiya nümayəndə heyətinə  xarici işlər nazirinin müavini Aleksandr Qruşko rəhbərlik edib, heyətin tərkibində müdafiə nazirinin müavini Aleksandr Fomin də olub. ABŞ-ı dövlət katibinin müavini Vendi Şerman təmsil edib.

NATO Şurası-Rusiya iclası bu həftə Moskva ilə münaqişənin həllinə dair “diplomatik marafon”un mərhələlərindən biri idi. Belə ki, yanvarın 10-da Vendi Şerman Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla Cenevrədə danışıqlar aparıb. Kreml və rusiyalı diplomatlar bu danışıqları uğursuz kimi qiymətləndiriblər. Dünən Sergey Ryabkov RTVİ telekanalına müsahibəsində bildirib ki, Vaşinqton və onun müttəfiqləri əsas təhlükəsizlik təkliflərini rədd ediblər və buna görə də yaxın zamanlarda yeni görüş üçün əsas yoxdur.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!