Avropada həkim çatışmır
Avropadakı həkimlər pis iş şəraiti səbəbindən onların və xəstələrinin sağlamlığının risk altında olduğunu deyirlər. "Euronews" telekanalı bunun səbəbini öyrənmək üçün həkimlər arasında sorğu keçirib.
Bəlli olub ki, Avropada bir çox həkim təqaüdə çıxmış və ya peşəni tərk etmiş həmkarlarından daha çox xəstə qəbul etməli olurlar. Fransa Tibb Assosiasiyasının vitse-prezidenti Jan-Marsel Murq bildirib ki, həkimlərin mövcud vəziyyəti dəhşətli nəticələrə gətirib çıxarır: "Bu, müalicədən imtina etmək və tibbi xidmətin keyfiyyətini itirmək, həmçinin xəstələrin müalicəsini gecikdirmək deməkdir".
Xəstələr risk altındadır
Fransa və Portuqaliyada hər on nəfərdən bir adamın ümumi praktika həkimi yoxdur, bu, müalicənin sürətini aşağı salır. Xəstələr digər mütəxəssislərə müraciət etməyə məcbur olurlar.
Doktor Murqun dediyinə görə, 2022-ci ildə ölüm halları sayında artım olub. Əslində, pandemiyadan sonra bu gözlənilmirdi: "Bəziləri bunun qrip və ya qlobal istiləşmə ilə bağlı olduğunu deyəcək. Amma bu, belə deyil, proses çox mürəkkəbdir və güman ki, qarşısını almaq olar, lakin insanlar müalicəyə çox gec başlayırlar".
İspaniyada da vəziyyət eynidir. Ölkənin Tibb Birlikləri Konfederasiyasının baş katibi, doktor Qabriel del Pozo Sozun sözlərinə görə, tibbi xidmətin keyfiyyəti pisləşib: "Bu, xəstələrimizə qayğı göstərmək istəməməyimizə görə deyil. Bunun səbəbi onları müayinə etmək üçün orta hesabla səkkiz dəqiqə vaxtımızın olmasıdır və biz hər gün səksənə qədər pasiyent qəbul edirik. Biz normal işləyə bilmək üçün kifayət qədər yuxu almırıq".
O, həddən artıq iş və yüklənmə ucbatından həkimlər arasında xəstəlik məzuniyyətinin də artdığını qeyd edib.
Yeni həkimləri işə götürmək niyə bu qədər çətindir?
Avropa İttifaqına üzv olan hər bir ölkənin gələcək həkimlərin hazırlanması üçün öz spesifik tələbləri, eləcə də sabit maaşları var. Bununla belə, müsahibə verən bütün həkimlər eyni müşahidələri aparıblar: gələcək nəsillər aşağı maaşlar üçün uzunmüddətli təhsil almaqdan çəkinirlər.
İtalyan Həkimlərinin Muxtar İttifaqının üzvü doktor Federiko di Rentsonun fikrincə, bu, qismən 1999-cu ildən praktik olaraq dondurulmuş tələbə təqaüdləri ilə bağlıdır.
Portuqaliyalı həkimlər isə işçi qüvvəsi çatışmazlığı ilə mübarizə aparırlar. Bu günlərdə ümumi praktika həkimləri tətil elan edərək, digər ölkələrlə müqayisədə onların maaşlarının xeyli aşağı olmasına etirazlarını bildiriblər.
Həftədə qırx saat işləyən mütəxəssis ayda təxminən 1800 avro qazanır. 1200 avrodan aşağı qiymətə ikiotaqlı ev kirayələmək isə mümkün deyil...", - deyə Portuqaliya Həkimlərinin Müstəqil İttifaqından doktor Xorxe Roke Kunya bildirib.
Bu maaşlar orta əməkhaqqından çox olsa da, Portuqaliyada mövcud mənzil böhranı həyat keyfiyyətini aşağı salır.
Problemin həlli yolları nədir?
Avropalı həmkarlarının acınacaqlı vəziyyətindən danışan Federiko di Renzo "biz bütün sistemi tarazlamalıyıq" deyir. Onun üçün hər şey rəqəmlərlə bağlıdır: maaşlar və ilk növbədə personal seçimi.
Avropa Həkimlərinin Daimi Komitəsinin baş katibi Sarada Das hesab edir ki, səhiyyə sektorunda işçi qüvvəsinin planlaşdırılmasına sərmayə qoyulmalıdır.
Onun fikrincə, kadr çatışmazlığını aradan qaldırmaq üçün həkimlərin iş saatlarını uzatmaq yolverilməzdir: "Əgər bir ölkə bunu dərk edirsə, bu o deməkdir ki, artıq işçi qüvvəsi çatışmazlığı yaşayır. Üzv dövlətlər gələcək tələbatı qiymətləndirməli və özlərinə sual verməlidirlər: bizə hansı işçi qüvvəsi lazımdır, daha çox mütəxəssis yetişdirməliyikmi?"
Sarada Das bildirib ki, ümumi praktika həkimi hazırlamaq üçün təqribən on il, mütəxəssislər hazırlamaq üçün isə daha çox vaxt lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının 14 sentyabr 2023-cü il tarixdə dərc edilən hesabatında səhiyyə sektorunda kadrlarla bağlı bu problemlərin hərəkəti ləngidilmiş "saat bombası" olduğu və təcili tədbirlər görülməsə, vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edilir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşa rayonu ərazisində mina hadisəsi baş verib
22 Sentyabr
Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşl...
22 Sentyabr
Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti d...
22 Sentyabr
Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməs...
22 Sentyabr
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
NATO-dan ABŞ-a ÇAĞIRIŞ
22 Sentyabr
Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!