20 Sentyabr 2024 16:32
639
CƏMİYYƏT
A- A+
Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin konfransında Ermənistanın mina terrorundan danışılıb

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin konfransında Ermənistanın mina terrorundan danışılıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Finlandiyanın Helsinki şəhərində təşkil olunan Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC-un) 28-ci illik konfransı və Baş Assambleyasında iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, “Alternativ qayğı göstərilən uşaqların hüquqlarının müdafiəsi və təşviqi” mövzusunda keçirilən tədbirə bir sıra xarici ölkələrin ombudsmanları və müvafiq qurum rəhbərləri, uşaq hüquqları sahəsində mövcud beynəlxalq təşkilatların nümayəndələri, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər də qatılıblar.

Müvəkkil konfransda çıxışı zamanı uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər barədə danışan S.Əliyeva uşaq hüquqlarının müdafiəsi və digər sahələrdə müvəkkilin mandatının genişləndirildiyini diqqətə çatdırıb. Ombudsman beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin uyğunlaşdırılmasına xidmət edən digər mühüm məsələlərin qeyd olunan dəyişikliklərdə öz əksini tapdığını bildirib.

S.Əliyeva ötən dövr ərzində uşaq hüquqlarının müdafiəsi ilə bağlı ombudsmanın ünvanına daxil olmuş müraciətlərlə, habelə mediada yayılan məlumatlarla əlaqədar aparılan araşdırmalar, bu sahədə təşkil edilən silsilə maarifləndirmə tədbirləri, hazırlanan maarifləndirici vəsaitlər, həssas əhali qrupundan olan uşaqlarla keçirilən görüşlər, həyata keçirilən monitorinqlər, habelə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər barədə də ətraflı məlumat verib.

Ermənistan tərəfindən basdırılmış minaların uşaqlar da daxil olmaqla mülki şəxslərin həyat və sağlamlığına, öz doğma torpaqlarına geri qayıdışına ciddi əngəl törətməkdə davam etdiyini bildirən ombudsman mina qurbanları sırasında uşaqların da olduğunu, bu istiqamətdə qətiyyətli addımların atılmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir çərçivəsində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə üzv təsisatlar tərəfindən il ərzində görülmüş işlər barədə məlumat verilib, ENOC-un ötən dövr ərzində, həmçinin gələcək fəaliyyət planı istiqamətində müzakirələr aparılıb, “Alternativ qayğıda uşaq hüquqlarının müdafiəsi və təşviqi” üzrə ENOC-un bəyanatı təsdiq edilib.

Səfər çərçivəsində Səbinə Əliyeva Helsinki şəhərində yerləşən “Kaisaniemi” ibtidai məktəbində olub, müəssisədə tətbiq edilən təhsil sistemi və şəraitlə, uşaqların hüquqlarının təmini imkanları ilə maraqlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:20
18 May

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var  

19:02
18 May

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

18:35
18 May

Əminə Əliyeva dünya çempionu olub  

17:45
18 May

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir  

16:57
18 May

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək  

15:55
18 May

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

15:12
18 May

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək  

12:51
18 May

Bilmək istəyirəm

09:45
18 May

Vətən torpağını öpən dodaqlar

09:40
18 May

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

09:35
18 May

"Barselona"nın çempionluq paradına 670 min adam qatıldı 

09:30
18 May

64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək

09:25
18 May

FİFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

09:20
18 May

Juninyonun "Flamenqo"da işi çətinləşir

09:15
18 May

Abubakar "Qarabağ"a təklif edildi

09:10
18 May

"Neftçi"nin baş məşqçisi iki köməkçisi ilə vidalaşmaq istəyir 

09:05
18 May

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

09:00
18 May

Tariximizin bələdçisi

08:55
18 May

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

08:50
18 May

Sahibkarlarla kredit təşkilatlarının nümayəndələri Hacıqabulda bir araya gəldilər

08:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!