02 Oktyabr 2023 15:51
713
Elm və texnika
A- A+
Avropa Şurasının dəstəyi ilə Hüquq və İnsan Haqları İnstitutunda təlim keçirilib  

Avropa Şurasının dəstəyi ilə Hüquq və İnsan Haqları İnstitutunda təlim keçirilib  

 

Avropa Şurası ilə birgə əməkdaşlıq çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunda “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda hüquqşünaslar üçün təlim keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimdə ədliyyə qurumlarının, prokurorluq orqanlarının əməkdaşları olmaqla 24 hüquqşünas iştirak edib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə giriş nitqində instituta göstərdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zixə təşəkkürünü bildirib və təşkil olunan təlimlərin hüquqşünaslar üçün əhəmiyyətindən bəhs edib.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zix institutla birgə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin müxtəlif dövlət qurumlarında çalışan hüquqşünaslar və vəkillər üçün faydalı olacağını bildirib. Səfir bu cür birgə layihələrin davamlı olmasına ehtiyac olmasını vurğulayıb. Sonra Petr Zix iştirakçılara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinin tarixi inkişafı barədə dolğun informasiya verib.

Təlimçi Vüsalə Muradxanlı “AİHK-ın 6-cı maddəsi: mülki-hüquqi aspekt”, təlimçi-ekspert, Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva isə eyni maddə üzrə cinayət-hüquqi aspekt mövzusunda təqdimatla təlimi davam etdiriblər.

Təlimçilər ittiham olunan şəxslərin 6-cı maddə ilə əhatə olunan hüquqları, bu sahədə standartları və yanaşmaları müəyyən edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) ən vacib qərarlarını diqqətə çatdırıblar.

Hüquq eksperti Vəfaddin İbayev təqdimatında məhkəməyə müraciət hüququ, məhkəmə prosesində tərəflərin bərabərliyi, məhkəmə proseslərinin çəkişmə prinsipi mövzusunda ümumi şərhlər verib.

Müzakirələr zamanı məhkəməyə çatımlılıq, prosessual tələblər, “cinayət ittihamı” anlayışı, təqsirsizlik prezumpsiyası (maddə 6.2), müdafiə hüququnun təminatı (maddə 6.3), Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular müzakirə olunaraq iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb.

Sonda iştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimdə iştirak edən hüquqşünaslara sertifikatlar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!