14 Dekabr 2024 09:05
532
DÜNYA
A- A+
Avropa "qurbanlar verməyə" hazır olmalıdır

Avropa "qurbanlar verməyə" hazır olmalıdır


NATO-nun baş katibinin müdafiə xərclərini artırmaqla bağlı çağırışı maraq doğurub 


NATO-nun baş katibi Mark Rütte bildirib ki, NATO-ya üzv ölkələrin vətəndaşları müdafiə xərclərini artırmaq və Avropada uzunmüddətli təhlükəsizliyi təmin etmək üçün pensiya, səhiyyə və təhlükəsizlik sistemlərinə maliyyənin azaldılmasını qəbul etməlidirlər. Hazırda 32 NATO müttəfiqi müdafiə xərclərini ÜDM-in hazırkı 2 faizindən artırmağı müzakirə edir.

Rütte Brüsseldə çıxışı zamanı deyib: "Bu gün sizi yanımda olmağa çağırıram, təcili hərəkətə keçmək lazımdır. Azadlığımızı, rifahımızı və həyat tərzimizi qorumaq üçün siyasətçiləriniz səsinizi dinləməlidirlər. Onlara deyin ki, sabahınızın təhlükəsizliyi üçün bu gün fədakarlıq etməyə hazır olun. Rəhbərlərinizə bildirin - onlar müdafiəyə daha çox pul xərcləməlidirlər ki, biz sülh içində yaşamağa davam edək. Təhlükəsizliyin ən vacib olduğunu söyləyin".

Niderlandın keçmiş baş naziri alyansı müharibə zehniyyətinə keçməyə, yəni müdafiə istehsalı və müdafiə xərclərini artırmağa çağırıb. O xəbərdarlıq edib ki, NATO müttəfiqlərinin əksəriyyətinin müdafiəyə xərclədiyi ÜDM-in 2 faizi uzunmüddətli perspektivdə potensial düşmənlərin qarşısını almaq üçün kifayət etmir: "2 faizə sadiq qalsaq, bəli, indi təhlükəsizik, amma dörd-beş ildən sonra biz artıq təhlükəsiz olmaya bilərik və çəkindirmə gücümüz Rusiyada və dünyanın digər yerlərində baş verən hər şeydən özümüzü qorumaq üçün çox zəifləyə bilər".

NATO-nun baş katibi etiraf edib ki, müttəfiqlər üçün dərhal təhlükə olmasa da, bu, tam sürətlə transatlantik alyansa doğru irəliləyir. Biz müharibə vəziyyətində deyilik, lakin sülh şəraitində də deyilik.

Avropanın analitik mərkəzi Carnegie tərəfindən təşkil edilən tədbirdə çıxış edən Rütte, NATO ölkələrinin vətəndaşlarını müdafiə xərclərinin artırılmasını dəstəkləməyə və bunu siyasətçilərə söyləməyə çağırıb: "Avropa ölkələri orta hesabla öz milli gəlirlərinin dörddəbirini asanlıqla pensiya, səhiyyə və sosial təminat sistemlərinə xərcləyir, lakin müdafiəmizi daha güclü etmək və həyat tərzimizi qorumaq üçün bu pulun bir hissəsinə ehtiyacımız var. Müdafiəyə prioritet vermək siyasi liderlik tələb edir. Qısa müddətdə bu, çətin və riskli ola bilər, lakin uzunmüddətli perspektivdə bu, tamamilə zəruridir. Unutmayın ki, Avropada biz dünya əhalisinin 10 faizini təşkil edirik, biz dünyada bütün xərclərin 50 faizini sosial təminata yönəldirik. Deməli, bu mənada bizim manevr üçün bir az yerimiz var".

Baş katibin fikrincə, müdafiə sektoruna daha çox vəsait ayırmaq üçün NATO ölkələrinin, xüsusən də Avropanın vətəndaşları öz banklarına və pensiya fondlarına müdafiə sənayesinə sərmayə yatırmaqdan imtina etmələrinin sadəcə olaraq qəbuledilməz olduğunu bildirməlidirlər.

Müdafiə qeyri-qanuni narkotik və pornoqrafiya ilə eyni kateqoriyaya aid deyil. Müdafiəyə edilən investisiya təhlükəsizliyə sərmayədir. Bu, mütləqdir.

NATO müttəfiqləri 2025-ci ilin yayında Haaqada keçiriləcək liderlərin sammitində qərarın elan edilməsi ilə birlikdə xərc həddinin artırılması ilə bağlı müzakirələr aparırlar. Aİ-nin yeni təyin olunmuş müdafiə komissarı Andryus Kubilyus müdafiə istiqrazları buraxmaqdan tutmuş, digər Aİ proqramları üçün nəzərdə tutulan vəsaitlərin yenidən bölüşdürülməsini və ya istifadə olunmamış vəsaitlərin yenidən təyinatı variantlarına baxılmasını təklif edib.

Avropa İnvestisiya Bankı da bu yaxınlarda Avropanın ikili təyinatlı təhlükəsizlik və müdafiə sistemlərinə əlavə 6 milyard avro ayırmaq üçün qaydalarını dəyişib, lakin Kubilyus "yaşıl" sektorun maliyyələşdirilməsi ilə müqayisədə müdafiəyə bu qədər az sərmayə qoymağın "səhv" olduğunu söyləyib.

Komissar həftənin əvvəlində Brüsseldə keçirilən tədbirdə bununla bağlı deyib:  "Yaşıl" layihələri maliyyələşdirmək üçün 1 trilyon avro, müdafiə üçün isə cəmi 6 milyard avronuz var. Bu, yanlışdır, çünki mənim fikrimcə, müdafiəyə qoyulan investisiya sülhə sərmayədir".

Qeyd edək ki, NATO-nun 32 üzvündən 8-i, o cümlədən İtaliya, Belçika və İspaniya  kimi Aİ ölkələri hələ 2 faizlik hədəfə çatmayıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

Bu ilin doqquz ayında Azərbaycanda 72 min 210 körpə doğulub

17:49
14 Noyabr

Doqquz ada ölkədə 77,7 min yeni iş yerləri açılıb  

17:49
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!