06 Sentyabr 2025 08:30
919
SİYASƏT
A- A+
Avropa İttifaqı "müşahidəçi"lərinin dirənişi

Avropa İttifaqı "müşahidəçi"lərinin dirənişi


Vasilis MARAQOS: "Aİ-nin missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək"


Azərbaycanın və digər region ölkələrinin razılığı alınmadan Avropa İttifaqının (Aİ) Ermənistan sərhədinə yerləşdirilən müşahidə missiyasının "fəaliyyət"i bölgədə peyda olduğu gündən müzakirə mövzusu olub. Rəsmi Bakı bu "missiya" ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. 

Hətta Ermənistanın baş naziri Nikol Paşinyan cari ilin fevral ayında verdiyi açıqlamada xüsusi vurğulayıb ki, Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin "mülki missiya"sını yerləşdirməməyə hazırdır: "Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alaraq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik". 

Xatırladaq ki, Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətini daha iki il uzatmışdı. Bu qərara əsasən, avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında qalacaqlar. Dövlətimizin  başçısı yerli televiziya kanallarına müsahibəsində bu barədə belə demişdir: "...Heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər" .

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ lideri və Ermənistan baş nazirinin iştirakı ilə iki ölkənin xarici işlər nazirlərinin parafladığı "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin 7-ci maddəsinə diqqət yetirək: "Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər". 

Bu o deməkdir ki, regiondakı Avropa İttifaqı müşahidəçiləri Ermənistanın sərhədyanı rayonlarını tərk etməli olacaqlar. Buna baxmayaraq, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bu günlər verdiyi açıqlamada bildirmişdir:  "Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək". "Saziş Vaşinqtonda paraflanandan sonra hər hansı müzakirə aparılıbmı?" sualını cavablandıran Maraqos qeyd etmişdir ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir və gərək olduğu müddətdə burada qalacaq: "Bu, sülh və tənzimləmə vasitəsidir. Onu tam dəstəkləyirik". 

Azərbaycan tərəfi dəfələrlə bu missiyanın regionun təhlükəsizliyinə təhdid yaratdığını  həm Avropa İttifaqının, həm də Ermənistanın diqqətinə çatdırıb. Lakin belə görünür ki, "missiya" nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhəddən getmək istəmirlər. Buna əhəmiyyət verməmək olardı. Amma bu bir faktdır ki, Avropa İttifaqı "müşahidəçi" missiyası ilə pərdələnərək Azərbaycanla Ermənistan sərhədində hərbi infrastruktur yaradıb. Sabiq zabitlər, hərbçilər, kəşfiyyatçılardan təşkil olunmuş bu "müşahidəçilər"i başqa necə adlandırmaq olar?! Yaxın gələcəkdə sülh olacaq yerdə isə belə bir "missiya"ya ehtiyac qalmayacağını gərək ki, həmin binokllı "müşahidəçi"lər bilməmiş deyillər. Belə olan halda bu dirənişin səbəbini anlamaq çətindir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:41
21 Sentyabr

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!