22 Dekabr 2011 01:12
426
DÜNYA
A- A+

Avropa İttifaqı Liviya Mərkəzi Bankının hesablarını açdı

 

Dünən Avropa İttifaqı (Aİ) rəsmən Liviya Mərkəzi Bankına və ölkənin əsas investisiya bankına - "Libyan Arab Foreign Bank"a qarşı sanksiyaları ləğv etmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Məlumata görə, müvafiq qərar Brüsseldə Aİ-nin üzvü olan 27 ölkənin nümayəndələrinin iştirak etdiyi iclasda qəbul olunmuşdur.

Hesabların açılması barədə sənəddə qeyd olunur ki, bu addım Liviya iqtisadiyyatının möhkəmlənməsinə və ölkənin bərpasında hakimiyyət orqanlarına kömək edəcək.

Aİ-nin qərarı üzv ölkələrdəki müxtəlif hesablarda saxlanan on milyardlarla dollardan istifadə etməyə imkan verəcək. Ümumilikdə Liviya müharibəsi başlayandan sonra dünyada Trablisə məxsus təxminən 150 milyard dollar dondurulmuşdu.

Liviyanın maliyyə təsisatlarına qarşı beynəlxalq sanksiyalar bu ilin əvvəllərində ölkədə başlamış vətəndaş müharibəsindən sonra tətbiq edilmişdi.

Xatırladaq ki, dekabrın 16-da BMT Təhlükəsizlik Şurası, dekabrın 17-də isə ABŞ Liviyaya qarşı maliyyə sanksiyalarını ləğv etmişdir. nlı�]iap���Ϗicəsində 45 min nəfər həlak olmuşdur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video