Avropa İnsan Haqları Məhkəməsinin iş yükünü azaltmağa ehtiyac var
Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilmişdir. İclasda "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" konvensiyaya dəyişikliklər edilməsi haqqında 15 nömrəli protokolun təsdiq edilməsi məsələsinə baxılmışdır.
"İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" konvensiyaya dəyişikliklər edilməsi haqqında 15 nömrəli protokol ötən il dekabrın 18-də Strasburqda imzalanıb. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çıxış edərək bildirmişdir ki, ölkəmiz bundan əvvəl də insan hüquq və azadlıqlarının müdafiəsinə dair sənədlərə qoşulmaqla insan haqlarının müdafiəsinə sadiqliyini təsdiqləyib. Eləcə də ölkəmiz 1950-ci ildə qəbul olunan bu konvensiyanın və digər qoşulduğu beynəlxalq sənədlərin tələblərini yerinə yetirməkdə maraqlıdır. Azərbaycan qanunvericiliyində də bu məsələlər öz əksini tapır. Ölkədə dövlət başçısı tərəfindən imzalanmış fərman, qanun və dövlət proqramları insan hüquqlarının müdafiəsinin prioritet təşkil etdiyini bir daha təsdiqləyir. Lakin dünyada gedən proseslər, yeni tələblər və çağırışlar adı çəkilən konvensiyaya yeni müddəaların əlavə edilməsi zərurətini yaradır.
Yeni müddəalar barədə isə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov məlumat vermişdir. L.Hüseynov demişdir ki, konvensiyaya dəyişikliklər Avropa İnsan Haqları Məhkəməsinin iş yükünü azaltmaq və səmərəliliyini artırmaq məqsədini daşıyır: "Hazırda məhkəmədə baxılması üçün növbəsini gözləyən çoxsaylı iş var. Bundan əvvəl Avropa Şurasının qəbul etdiyi protokollardan sonra həmin işlərin sayı bir qədər azalıb. Lakin hazırkı vəziyyət Avropa Şurasından yeni addımlar atmağı tələb edir".
Müzakirələrdən sonra protokol təsdiq edilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!