30 İyun 2026 18:39
136
DÜNYA
A- A+
Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

Avropa ölkələri son günlər anomal hava şəraitinin təsiri altındadır. Fransa, İtaliya, Polşa və Balkan ölkələrində temperatur rekord həddə, 40 dərəcə və daha yuxarı yüksəlib. 

Anadolu Agentliyi xəbər verir ki, Polşada qeydə alınan 40,5 dərəcə isti ölkə tarixinin ən yüksək temperaturu olub. İstilər səbəbindən İtaliyanın 22 şəhərində “qırmızı” xəbərdarlıq elan edilib, bəzi ölkələrdə isə elektrik şəbəkələrinin həddindən artıq yüklənməsi nəticəsində kütləvi kəsintilər baş verib. Təkcə Fransada son bir həftədə anomal istilər səbəbindən normadan əlavə 1000-ə yaxın insanın həyatını itirdiyi bildirilir.

Digər tərəfdən, qitənin bir çox bölgəsində qəfil başlayan şiddətli fırtına, dolu və leysan yağışları ciddi fəsadlar törədib. Fransanın şimalında küləyin sürəti saatda 104 kilometrə çatıb, fırtına nəticəsində 36 min ev işıqsız qalıb. Niderlandda son illərin ən güclü göy gurultulu fırtınası zamanı 300 mindən çox ildırım çaxması qeydə alınıb, Amsterdam başda olmaqla bir çox şəhərdə küçələri su basıb. İtaliyanın şimalında və İsveçrədə isə rekord istilərdən sonra başlayan güclü leysan yağışları sel və torpaq sürüşmələrinə səbəb olub, xeyli sayda insan təxliyə edilib. Sinoptiklər istilərin və kəskin hava dəyişikliklərinin növbəti günlərdə də davam edəcəyi barədə xəbərdarlıq edirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres davam edib – YENİLƏNİB

19:39
30 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:02
30 İyun

Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb

18:56
30 İyun

Çin günəş enerjisi və akkumulyator texnologiyalarını qlobal miqyasda əlçatan edir

18:47
30 İyun

Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

18:39
30 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

18:26
30 İyun

Sinqapurda ev təsərrüfatlarının gəlirləri və təhsil səviyyəsi yüksəlib

18:21
30 İyun

Çində Texnoloji Sıçrayış: Saniyədə 51,3 Terabit Sürətlə Yeni Dünya Rekordu  

18:10
30 İyun

Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü çərçivəsində ikitərəfli görüşlər keçirilib

18:08
30 İyun

Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

18:07
30 İyun

Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

18:05
30 İyun

Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:04
30 İyun

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!